Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


22.03.2018  14:42 

DSX əməliyyat keçirdi - Saxlanılanlar var





A+  A-

Martın 20-də Astara rayonu istiqa­mətində naməlum üzmə vasitəsinin Azərbaycanın sərhəd sularına daxil olması müəyyən edilib.
XəzərNews.az Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, üzmə vasitəsinin hərəkətləri nəzarətdə saxlanılmaqla, həmin istiqa­mətdə dövlət sərhədinin müha­fi­zə­sində olan sər­həd gözətçi gəmisinə müvafiq tapşı­rıqlar veril­ib, sahil xətti boyu ərazilərdə baxış qrupları tərəfindən həssas nöq­tələrdə xidmət təşkil olunub.

Sərhəd gözətçi gəmisi tərəfindən naməlum üzmə vasitəsi təqib edilib, üzmə vasitəsi geriyə istiqamətlənərək Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsini tərk edib. Həmin üzmə rayonunda sərhəd gözətçi gəmisi tərəfindən Azərbaycan Respubli­kasına məx­sus “Yamaha-75” mühərrikli “ŞA-293” bort nömrəli qayıq müşahidə edilib və saxlanılıb. Üzmə vasitəsinin heyət üzvlərinin Astara rayon Şahağacı kənd sakinləri Quliyev Əliağa Rauf oğlu və Quliyev Seymur Mir­zəhəsən oğlunun sərhəd sularında üzmə qaydalarını poz­maları müəyyən olun­ub.

Həmin ərazidə sərhəd gözətçi gəmisi tərə­findən keçirilmiş axtarış tədbirləri nəticəsində 1 buya bərkidilmiş 3 bağ­lama, həmin bağlamalarda 11,9 kq narkotik vasitəyə oxşar maddə aşkar olunub. Saxlanılmış üzmə vasitəsinin heyət üzvlərinin narkotik vasitələrin qaçaqmal yolu ilə ölkə ərazisinə gətirilməsində iştirakları müəyyən edilib.

Fakt üzrə zəruri əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Xəbər 3050 dəfə oxunub.




08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +