Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi
Bəşir Süleymanlının həbs müddəti uzadıldı


03.11.2017  15:01 

Azərbaycanlıların lotu sevgisi





A+  A-

Çox ziddiyyətli xalqıq. Kiməsə "lotu" deyəndə təhqir olunduğunu düşünür, amma bu sözü təhqir kimi qəbul edən adamlar adının qarşısında mütləq "lotu" sözü işlədilməli olan kriminal avtoritetləri dəli bir məhəbbətlə sevir.
Heç "Facebook"da bununla bağlı kiçik araşdırma aparmısınızmı? Aparmamısınızsa, aparın. Görəcəksiniz ki, kriminal aləmlə bağlı onlarla səhifə var. Bu səhifələrdə gəlib-keçmiş və yaşayan oğruların, lotuların şəkilləri paylaşılır, orta məktəb uşaqları belə girib altından "fəxrimizsən!", "böyüyümüzsən!", "Allah qapını açsın!" kimi şərhlər yazırlar.
Nədir bu sevginin səbəbi? Axı müasir kriminal avtoritetlər Koroğlu, Qaçaq Nəbi, Qatır Məmməd kimi mifləşdirilmiş "varlıdan oğurladıqları ilə kasıba əl tutanlar" deyil.
Bilməyənlər üçün yazaq - postsovet məkanında kriminaliteti təsnifləşdirən və cəmiyyətin bir sinfi halına gətirən İosif Vissarionoviç Stalin olub. Stalin isə türmədə düz 6 dəfə yatıb. Amma bunlardan cəmi bir dəfəsi siyasi səbəblər ucbatından baş verib. Digər 5 həbsin səbəbi isə soyğunçuluq olub. Gənc ideoloq maddi vəsait əldə etmək üçün soyğun, oğurluq, talançılıqla məşğul olurdu. Stalin hətta Tiflisdə həmin vaxt üçün fantastik rəqəm sayılan 1,4 milyon rubl oğurlamaqla tarixdə “qabiliyyətli” oğru kimi ad qazanıb. Bundan başqa, Stalinin bandası Bakıda da bütün neft maqnatlarını qorxu altında saxlamağı bacarıb. Onun banditlik fəaliyyətinin pik nöqtəsi isə “İmperator Birinci Nikolay” adlı paroxoda hücumu olub.
Bakı türməsində olarkən Stalinə oğru dünyasının qanunlarının yazıldığı bir vərəq veriblər. Bu qanunları çox bəyənən Stalin sonradan SSRİ-yə rəhbərlik etdiyi dövrdə kriminaliteti dövlətin xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyət göstərən zümrəyə çevirə bilib. Bu, siyasi məhbuslarla dolu olan sovet həbsxanalarını idarə etmək üçün çox effektiv vasitə idi.
SSRİ dövründə Azərbaycanda da bir çox məşhur kriminal avtoritetlər mövcud olub (kifayət qədər məşhur olduqları üçün adlarını çəkməyə ehtiyac görmədim). Amma etiraf edək ki, bizimkilər həmişə gürcü və çeçen lotuların kölgəsində qalıb. Sovet dövründən müstəqillik dövrünə transformasiya edən məşhur oğrular isə Lotu Bəxtiyar (Kərimov) və Sabirabadlı Hikmət (Muxtarov) sayılır. Məlumat üçün qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsinin əslən bu kənddən olan Bəxtiyar Kərimovun şəxsi vəsaiti ilə qoyulduğu bildirilir. Azərbaycanda Stalin dövründən hakim olan "lotu evlənməz!" prinsipini ləğv edən də məhz Bəxtiyar olub.
İndiki kriminal avtoritetlərlə müqayisədə Bəxtiyar da, Hikmət də klassik sayılır. Çünki bu adamlar indiki avtoritetlərdən fərqli olaraq, külli miqdarda var-dövlət sahibi kimi tanınmayıblar. Amma adını bəzən kimsənin eşitmədiyi hansısa oğru dünyasını dəyişdikdə, müxtəlif ölkələrdə hotellərinin olduğu üzə çıxır. Yəni insanlar əziyyət çəkmədən, kitab oxumadan bahalı həyat tərzi keçirirlər. Heç əsas danışıq dilləri olan ruscanı da normal öyrənməyə intellektləri çatmır. Yetər ki, bircə toyuq da olsa, oğurlayıb həbsə girəsən və həbsxananın əzablarına dözəsən.
Bu ölkədə kriminal avtoritetlərə olan mənasız sevgini öldürməyin yeganə yolu qanunların şah olduğu cəmiyyət qurmaqdan, tapşırığa və başqa nələrəsə baxmayan gözütox məhkəmə sistemi və bu sistemlə baş-başa gəlməyi bacaran güclü vəkillik institutu yaratmaqdan keçir. Bax, o zaman kimsə əzabkeş və ədalət çarçısı obrazında toplumun qəlbinə girə bilməyəcək.

Cavid İsmayıl

Xəbər 7191 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +