Tramp: ABŞ Ukraynaya silah verəcək
Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb


28.10.2017  13:14 

Şirkət tanınmış jurnalisti məhkəməyə verdi





A+  A-

“Altes Group” şirkəti tanınmış jurnalist Azər Qəribi məhkəməyə verib.
Bununla bağlı şirkətdən XəzərNews.az-a daxil olan məlumatda bildirilir ki, jurnalist bina sakinlərinin həyatını təhlükədə qoyduğu üçün bu addım atılıb. Xəbərə görə, Azər Qərib tikinti və sanitar-gigiyenik normaları kobud şəkildə pozaraq özbaşına mənzildə dəyişikliklər aparıb, otaqlararası divarları dağıdıb, balkona çıxışı yenidən qurub. Bundan əlavə,sanitar qovşağı mətbəxə keçirib və mətbəx üçün nəzərdə tutulmuş kanalizasiya sistemini sanitar qovşağa qurub.

Bu tikinti və sanitar-gigiyenik normaların kobud pozuntusu hesab edilir və sakinlərin həyat və sağlamlığını ciddi təhlükə altına qoyur.

Hazırda bununla bağlı işə baxılması üçün Prokurorluğa, Fövqəladə Hallar Nazirliyinə, İcra Hakimiyyətinə müraciət edib və eyni zamanda Azər Qəribə qarşı məhkəmədə iddia qaldırılıb.

Jurnalist Azər Qərib isə məsələ ilə bağlı sosial şəbəkə hesabında bildirib ki, o da yaxın günlərdə şirkəti məhkəməyə verəcək. O qeyd edib ki, evində apardığı təmir işi ilə bağlı şirkət elan yazaraq binadan asıb. “Guya evin zəlzələyə davamlığı mənim apardığım təmirə görə yarıbayarıya düşüb. “Altes” in mənzilin içi haqda mənə sual vermək hüququ yoxdur. Binanın bütün qeyri-yaşayış sahələri, damı, zirzəmisi və s. bina sakinlərinin ümumi mülküdür və heç kim onların razılığı olmadan bir addım da ata bilməz”.

Xəbər 3148 dəfə oxunub.



08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +