Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


22.05.2017  16:08 

5 tələbənin öldüyü maşın 157 ilə gedirmiş





A+  A-

Hacıqabul rayonunda icarəyə götürülmüş "Hyundai Accent" markalı avtomobilin qəzaya uğraması və 5 tələbənin vəfat etməsi hadisəsi ilə bağlı sənədlər üzə çıxıb.
Avtomobili icarəyə vermiş "Elşən Rent a Car" şirkətinin rəhbəri Elşən Babayev bildirib ki, maşını icarəyə götürmüş sürücü Əmiraslan Əmiraslanının 17 deyil, 19 yaşı olub. İş adamının sözlərinə görə, icarəyə verilmiş avtomobil həmin gün 20 dəfədən çox sürət həddini aşıb: "Biz GPS vasitəsi ilə həmin avtomobilləri izləyirik. Həmin maşın 20 dəfədən çox sürət həddini aşıb və işçimiz zəng edərək xəbərdarlıq etməyə çalışıb. Lakin telefonu götürən olmayıb. Qəza anında isə maşının sürəti saatda 153 kilometr olub. Yol boyu isə maşının sürəti saatda 157 kilometrədək artıb".

"Elşən Rent a Car"ın sahibi əlavə edib ki, həmin maşını 4 günlük icarəyə verib və bununla bağlı sənəd imzalanıb. Sənəd imzalanarkən Ə.Əmiraslanlının sürücülük vəsiqəsinin və şəxsiyyət vəsiqəsinin sürətləri götürülüb. O, həmçinin əlavə edib ki, icarəyə verilmiş avtomobillə ölkənin sərhədləri daxilində istənilən yerə getmək olar və baş vermiş hadisədə onların hər hansı nöqsanı yoxdur.

Daxili İşlər Nazirliyinin məlumatına görə, mayın 20-də saat 15 radələrində Hacıqabul şəhəri ərazisində İmişli rayon sakini Əmiraslan Əmiraslanlı idarə etdiyi "Hyundai" markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişinləri - İmişli rayon sakinləri Əlizamin Azadi, Murad Süleymanlı, Elvin Hüseynov və Qubadlı rayon sakini Elçin Əhmədov hadisə yerində ölüblər.

Qəzada həyatını itirənlərin hamısı Maliyyə-İqtisad Kollecinin tələbələridir.

(lent.az)

Xəbər 3024 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +