Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


17.03.2017  10:22 

İşsizliyə görə müavinətin orta məbləği azaldı





A+  A-

2017-ci il martın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 14,5 min nəfər olub, onlardan 4 milyon 761,7 min nəfərini məşğul əhali təşkil edib.
Dövlət Statistika Komitəsindən XəzərNews.az-a verilən məlumata görə, cari il fevralın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 milyon 510,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 883 min nəfər, qeyri-dövlət sektorunda isə 627,4 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,7 min nəfər, qeyri-neft sektorunda isə 1 milyon 475,7 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22%-i məhsul istehsalı sahələrində, o cümlədən 6,8%-i emal sənayesində, 6%-i tikintidə, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,3%-i mədənçıxarma sənayesində, 2,1%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 22,2%-i təhsil, 19,4%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,9%-i istirahət, əyləncə və incəsənət, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 1,6%-i informasiya və rabitə, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,2%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıblar.

2017-ci ilin yanvar ayında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 146 saat təşkil edib.

2017-ci il mart ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 35,1 min nəfər olub, onların 37,7%-ini qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 266,7 manat olub. Qeyd edək ki, fevral ayının 1-ə işsizliyə görə müavinətin orta məbləği 270,3 manat olub.

Xəbər 2995 dəfə oxunub.



08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +