Putinin generalı Kəmaləddin Heydərovla görüşdü
Restoranda siqaret QALMAQALI - Cərimə kimə düşür, siqaret çəkənə, yoxsa obyekt sahibinə?
Almaniyanın hərbi təyyarəsi hədəf alındı
Çin və Hindistan hansı ölkənin BRIKS üzvlüyünə qarşıdırlar?
Hikmət Hacıyevdən Rusiya açıqlaması
İbrahim Tatlısəs neçə yaşında sünnət olunub?
Azərbaycanlılara hücum var, onları gizlədin - Çeçenlərə çağırış
Kazino oyunlarının təşkili üçün hüquqi əsas yaradılır
Türkiyəyə qaçan deputat hava limanında saxlanıldı
Avropa Parlamentinin deputatı Bakıdan nə gözləyir?


01.03.2017  13:51 

Həbsdəki məmurlar arasında qarşıdurma - “Qorxusundan pul ödəyib”





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə vəkillər arasında gərginlik yaşanıb.

V.Zeynalovun vəkili Elxan Süleymanov vəsatət verərək Məmməd Məhəmmədov və Oqtay Rüstəmova verilən ittihamlarda iki epizod bir-birinə zidd olduğunu deyib və bunun araşdırılmasını istəyib. M.Məmmədovun vəkili Şahin Rəfiyev buna etiraz edib və o da Vidadi Zeynalovun ifadələrini elan edilməsini istəyib. V.Zeynalovun digər vəkili Ceyhun Yusifov Fətulla Baxəşəliyevin ifadəsinin elan edilməsini istəyib və deyib ki, M.Məmmədov 4,6 milyon manat mənimsəmədə ittiham edilir.

Vəkillər arasındakı gərginliyə reaksiya verən M.Məmmədov keçmiş həmkarı V.Zeynalova sual ünvanlayaraq "məndən nə istəyirsən, mənimlə problemin var?" deyib. V.Zeynalov isə onunla heç bir işi olmadığını bildirib.

Hakim deyib ki, verilən vəsatətlərdə qaldırılan məsələrə növbəti iclaslarda baxılacaq.

Ş.Rəfiyev eyni mövqedə çıxış edən həmkarlarına niyə belə vəsatət verdiklərini soruşub: “Məhəmməd Məmmədova pul verilməsini sübut etmək Vidadi Zeynalova nə qazandıracaq?”.

E.Süleymanlı deyib ki, istintaq niyə eyni münasibəti V.Zeynalova göstərməyib: “Qəbələ, Şirvan və Sabirabad telefon qovşaqlarının rəisləri ifadələrində 26 milyon vəsaiti "Aztelekom"a verdiklərini deyiblər. İstintaq bu pulların faktiki olaraq kimlərdə olduğunu müəyyən etməyib. Hesab edirəm ki, bu hallar istintaqa məlumdur. Lakin özlərinə bəlli səbəblərə görə, bu faktları gizlədiblər. Ona görə də burada qeyd etdiyim bu məsələlər mütləq araşdırılmalıdır”.

Vidadi Zeynalov özü çıxış edərək münasibət bildirib: “Mənim və vəkillərimin məqsədi Məhəmməd Məmmədovun əleyhinə danışmaq yox, istintaqın düzgün aparılmamasını sübut etməkdir. Hamı bilir ki, Məhəmməd nə pul alıb, nə də pul verib. Sadəcə qorxusundan pulu ödəyib. Məqsədimiz istintaqın obyektiv olmamasını ortaya çıxarmaqdır".

Məhkəmə prosesi martın martın 3-də davam etdiriləcək.

(qafqazinfo.az)

Xəbər 4224 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı

08.07.2025  10:59 

Rusiyadan daha bir TƏXRİBAT

08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib


BÜTÜN XƏBƏRLƏR +