Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


27.02.2017  13:02 

“Azəravtoyol” Müşfiqin Bakıdakı abidəsinin dağıdılmasına aydınlıq gətirdi





A+  A-

“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Bakıda Mikayıl Müşfiqin abidəsinin dağıdılması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
O, deyib ki, heykəl dağıdılmayıb:

“Bundan söhbət belə gedə bilməz. Sovetski ərazisində aparılan yenidənqurma və abadlıq işləri çərçivəsində heykələ zərər dəyməsin deyə, ərazidən götürülüb və anbarda saxlanılır. Rekonstruksiya işləri yekunlaşdıqdan sonra heykəl əvvəlki yerinə qoyulacaq. Abadlıq işlərindən sonra həmin ərazidə 5 dəfə böyük yaşıllıq zolağı salınacaq”.

A.Nəcəfli deyib ki, “Azəravtoyol” ASC işləri ölkə başçısının sərəncamlarına uyğun olaraq həyata keçirilir:

“Bununla bağlı layihə hazırlanıb və aidiyyatı qurumlar tərəfindən razılaşdırılıb. Mədəniyyət və Turizm Nazirliyi hansı səbəbdən məhkəməyə müraciət edib, bilmirəm. Hazırda heykəlin saxlandığı anbara gedirəm. Az sonra şəkilləri mətbuata təqdim edəcəyəm”.

Mədəniyyət və Turizm Nazirliyi isə bəyan edib ki, “Azəravtoyol” ASC Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmadan görkəmli şairin Mikayıl abidəsini dağıdıb.
Nazirlik yanında mədəni irsin mühafizəsi, inkişafı və bərpası üzrə Dövlət xidmətinin rəhbəri Zakir Sultanov hadisəni vandalizm aktı adlandıraraq, abidənin Mədəniyyət Nazirliyinin qadağalarına baxmayaraq götürükdüyünü bildirib.

"Abidəni hər hansı icazə olmadan dağıdıblar. Bu hiddət doğuran hadisə ilə əlaqədar biz məhkəmə instansiyalarına müraciət etmək niyyətindəyik", - deyə o vurğulayıb.

(modern.az)

Xəbər 6352 dəfə oxunub.




08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +