Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


24.02.2017  11:41 

Deputat oğlunun nəhəng biznes imperiyası üzə çıxdı





A+  A-

Deputat Əhliman Əmiraslanovun ailə biznesi haqda faktlar var
Məlum olub ki, Azərbaycan Tibb Universitetinin sabiq rektorunun oğlu Azər Əmiraslanovun böyük imkanları, daşınmaz əmlakları var.

Mətbuat yazır ki, Bakı şəhərində 060 rəqəmi ilə bitən avtomobil nömrələrinin əksəriyyətinin Əmiraslanovlara məxsus olduğu deyilir. Bundan başqa, Səməd Vurğun küçəsi, 230 D ünvanında yerləşən “A Club” da Əmiraslanovların əyləncə yerinə çevrilib.

Hətta “A Club”un 12-ci mərtəbəsində Azər Əmiraslanovun güzgülü əyləncə evi də var. Baxmayaraq ki, əyləncə evinin altında, yəni 11-ci mərtəbədə Azər Əmiraslanovun dayısı yaşayır.

“Olimpik Star”ın yaxınlığında yerləşən “Şam” restoranının qapısı ilə üzbəüz Xan Şuşinski 158-də üçmərtəbəli villa da Əmiraslanovlara məxsusdur. Həmin villada hətta Əhliman Əmiraslanov işgüzar görüşlər keçirir. Çünki deyilənə görə, həmin obyektlərdə xüsusi tədbir keçirilib.

Məlum olub ki, “A Club ”da sıravi vətəndaş-müştəri gedib kotlet sifariş etsə, ona rədd cavabı veriləcək. Çünki həmin obyektdə okean balıqları verilir, özü də imkanlı şəxslərin sifarişi ilə.

Bir sözlə, “ A Club ”da yoldan keçənə yer yoxdur, ancaq Əmiraslanovların çevrəsi orda oturub istirahət edirlər. Misal üçün, “Azər-Türk” klinikası da Azər Əmiraslanova məxsusdur.

Ancaq oranı onun köməkçisi Vüqar Cavadov işlədir. Azər Əmiraslanov kimlərəsə pul buraxıb maliyyələşdirəndə, Vüqar Cavadov həmin işdə xüsusi rol oynayır.

Mediada buna dair fotolar da yer alıb. 365info.az bu haqda geniş yazıb. Amma deputat bu biznes barədə heç bir açıqlama verməyib.

A.Əmiraslanova bir iş adamı tərəfindən ittihamlar da var və prezidentə şikayət olunub. Ortada böyük pulların yeyintisindən gedir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

(politika.az)

Xəbər 6187 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +