Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ
HƏMAS və İsrail arasında razılaşma əldə etmək vaxt aparacaq


10.02.2017  13:57 

“Əbubəkr” və ADNA terroru istintaqa qayıdır? - "MTN İŞİ"





A+  A-


Ölkənin 2008 və 2009-cu illərində baş vermiş iki terror hadisəsi ilə bağlı iş yenidən ibtidai istintaqa qayıda bilər

Azərbaycanın siyasi gündəmini silkələyə biləcək bu hadisələr barəsində indiyə qədər müəmmalar davam edir və müxtəlkif versiyalar səslənir.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Bakıdakı “Əbu-Bəkr” məscidində törədilən terakt və Azərbaycan Dövlət Neft Akademiyasında qətliam təzədən araşdırıla bilər.

Hər iki hadisədə Milli Təhlükəsizlik Nazirliyinin şübhəli şəkildə mübhəm iddialarla adı keçməkdədir. Mətbuatda yayılan iddialara görə, MTN şefi Eldar Mahmudov illərlə Azərbaycanda radikal dindarları və vəhhabiləri himayə edirmiş. 

Eyni zamanda keçmiş MTN-çi Ərəstun Oruclu bloqunda ADNA-dakı hadisədən qabaq MTN səlahiyyətlilərinin ərazidə olduğuna işarə vurub. 

Habelə, silahlı basqını edən Fərda Qədirovun MTN generalı Akif Çovdarovun yerlisi olması, həbs edilənlərin də eyni kənddə yaşaması müəyyən şübhələrə yol açıb.

Bu günə “Əbubəkr” və ADNA işləri üzrə bütün həqiqətlər açılmayıb. Odur ki, hər iki olayın yenidən istintaqa qaytarılması iddiaları var və istisna edilmir. 

Mahmudov şəbəkəsi vəhabiləri verbovka edirmiş. Onların tədbirlərində yeni-yeni görünməyə başlayan gəncləri həbs edərək istintaqa cəlb edən mahmudovçular ailə üzvləri ilə əlaqə yaradırmış. 

Yaxınlarının “dəhşətli cinayətə” yol verdiyini və uzunmüddətli həbs cəzasına məhkum ediləcəyini diqqətə çatdıraraq onları “danışığa” dəvət edib. 

Həbs edilən şəxsin ailə üzvləri və doğmaları ilə söhbət əsnasında onlara bildirilib ki, yaxınlarının təmasda olduğu vəhabi qrupu ölkənin ən qatı və radikal, terrora meyilli vəhabi qrupudur və bu qrupun bütün üzvləri uzunmüddətli həbs cəzası alacaq.

Söhbət əsnasında saxlanılan şəxsin yaxınlarına bildirilib ki, “müstəsna hal” kimi onların doğmalarını azad etmək olar. Lakin bunun üçün “yuxarıları” razı salmaq lazımdır. 

Bunun üçün isə “yuxarıların” istədiyi pulu ödəmək lazımdır ki, bu ödəniş bir çox hallarda “müqəssir yaxınlarının” obyekt və evləri ilə vidalaşması hesabına reallaşıb. 

Külli miqdarda pul qarşılığında azad edilən şəxslərə bir daha vəhabilərlə əlaqə yaratmamaq, onlardan mümkün qədər uzaq qaçmaq tövsiyyə edilib.

(politika.az)



Xəbər 3142 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı

08.07.2025  10:59 

Rusiyadan daha bir TƏXRİBAT


BÜTÜN XƏBƏRLƏR +