26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı
Goranboy sakininin dəhşətli hekayəsi - VİDEO


19.02.2025  16:48 

Zelenski: Əhalinin 57%-i məni dəstəkləyir





A+  A-

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampın reytinqinin 4%-ə enməsi ilə bağlı açıqlamasına münasibət bildirib.

XəzərNews.az xəbər verir ki, o, bu barədə fevralın 19-da YouTube-da yayımlanan mətbuat konfransında bildirib.

"Biz bu dezinformasiyanı gördük. Biz başa düşürük ki, bu, Rusiyadan gəlir. Bizdə bu rəqəmlərin Amerika və Rusiya arasında müzakirə edildiyinə dair sübutlar var. Təəssüf ki, Tramp bu dezinformasiya məkanında yaşayır", - prezident deyib.

O qeyd edib ki, reytinqləri ilə bağlı məlumatlardan xəbərdardır, lakin əvvəllər bu barədə heç vaxt şərh verməmişdi.

"Bu səhər xalqın mənə etibarı ilə bağlı rəqəm 57% -ə çıxdı. Əgər kimsə məni əvəz etmək istəyirsə, bu, indi baş tutmayacaq", - Zelenski qeyd edib.

Ukrayna lideri vurğulayıb ki, Rusiyaya bütün güzəştlərin edilməsi qərarını Ukrayna əhalisinin yalnız 1%-i dəstəkləyir.



Xəbər 2732 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +