Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


10.01.2025  13:08 

Lütvəli Babayevin oğlu ilə bağlı prosesdə gərginlik - “Gözündən gəlsin“





A+  A-

Zərdab və Mingəçevirin icra başçısı işləmiş Lütvəli Babayevin biznesmen oğlu Babəli Babazadə məhkəmədə ifadə verib

Xəzərnews.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, eks-icra başçısının oğlu hakim qarşısına zərərçəkmiş qismində çıxıb.

Söhbət Babəli Babayevin 2 milyonluq əmlakını dələduzluqla ələ keçirməkdə ittiham olunan "Uniklinika”nın baş həkimi Aruz Əliyev və onun dostu Ehtiram Kərimovun cinayət işindən gedir.

İttihama görə, Babəlinin 1 milyon manat vergi olub. Aruzla Ehtiram da ona ölkədən qaçmağı məsləhət görüblər. Daha sonda təqsirləndirilənlər Babəlinin Türkiyəyə qaçmasını təşkil ediblər. Bundan sonra Babəlinin onlara etibarnamə əsasında idarə etmə hüququ verdiyi ev və başqa əmlakı satıb pulunu ələ keçiriblər.

Amma təqsirləndirilən şəxslər ittihamı qəbul etmirlər. Deyirlər ki, əmlaklar keçmiş icra başçısının oğlunun istəyi ilə satılıb, pullar öz işlərinə xərclənib.


Fotoda: Lütvəli Babayev

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən budəfəki iclasda Babəli Babayev ifadə verib. O, şüşə qəfəsdə əyləşən hər iki müttəhimin onun başına oyun açdığını deyib: "Məlum olduğu kimi mənim vergi borcum var idi. Bu məsələ ilə bağlı Aruzla tez-tez görüşürdüm. Sonra elə oldu ki, məni Türkiyəyə göndərməsinə razılaşdıq. Dedi ki, Ehtiram gələcək əmlakları idarə etmək üçün ona etibarnamə ver. Sonra bildim ki, hər iki əmlak satılıb.

Azərbaycanda qeyd edilənləri araşdırdım. Dedim ki, heç olmasa evimi geri qaytarın. 600 minlik evim Aruzun adında idi. Ev yoxdur. Gah dedi ki, 900 min manat vergiyə vermişəm, gah dedi ki, nişana vermişəm. Ortada heç bir sübut yoxdur. Soruşuram ki, obyekti hansı notariusda alqı-satqı etdirmisən? Demir. Yaxşı, 570 min manat hanı? Xahiş edirəm, pulu kimə verib desin. Bilmək istəyirəm, 2 milyon manat kimə və ya hara verilib?”

Zərərçəkmişin dedikləri təqsirləndirilən Ehtiram Kərimovu özündən çıxarıb: ”Düz danış, kəfənini əyninə geyinib gəlmişdin. Səni pis vəziyyətdən çıxardıq. Sənə etdiklərim gözündən gəlsin. Tüfeyli kimi hotellərdə qalmışdın. Bir ildir, mən burada girovam”.


Fotoda: Aruz Əliyev

Məhkəməyə sədrlik edən hakim Mahirə Kərimova bu sözlərinə görə Ehtirama xəbərdarlıq edib.

İfadədəsinin sonunda Babəli Babayev başına gələnlərdən sonrakı yaşayışından gileylənib: ”Onsuz da gedən gedib məndən. Ailə qura bilmirəm, rüsvay olmuşam. Bütün həyatım məhv oldu”.

Proses fevralın 6-da davam edəcək.

Xatırladaq ki, Lütvəli Babayev 2005–2007-ci illərdə Mingəçevirin, 2007–2019-cu illərdə isə Zərdabın icra başçısı işləyib.

Xəbər 5699 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +