Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi
Bəşir Süleymanlının həbs müddəti uzadıldı
Rusiya Paşinyanı devirmək üçün... - Yerevana ordu göndərir


12.03.2024  14:05 

Qurbanov “Qarabağ”dan gedir?





A+  A-

Ötən gün sosial şəbəkələrdə və bir sıra KİV-də “Latsio” klubunun Qarabağın hazırki baş məşqçisi Qurban Qurbanovla maraqlandığı barədə məlumatlar yayılıb. Məlumata görə, İtalyalılar üç ildir klubu çalışdıran baş məşqçi Maurisio Sarri ilə yolları ayıraraq “Qarabağ”ın əsas çalışdırıcısı Qurban Qurbanovla anlaşmaq istəyir.

Belə ki, İtaliya klubu Azərbaycan komandasına məşhur mütəxəssis üçün 5 milyon avro təklif edə bilər. “Qartallar”ın bu transfer üçün “köhlən atlar”la danışıqlar apardığı bildirilir.

Bəs bu məlumat həqiqəti əks etdirirmi?

Xəzərnews.az xəbər verir ki, məsələ ilə bağlı “Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Referans.az-a açıqlamasında yayılan məlumatları təkzib edib:

“Xeyr, yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu məsələni biz özümüz də internetdən və sosial şəbəkələrdən oxumuşuq. Hazırda hər hansısa bir ciddi və əhəmiyyətli transferdən söhbət getmir”.

Qeyd edək ki, Azərbaycanın şöhrətli məşqçisi Qurban Qurbanovun “Qarabağ”la müqaviləsi gələn ilin yayında bitəcək. İtaliya çempionatının lideri “İnter”dən (28 oyun, 75 xal) 35 xal geri qalan “Latsio” hazırda 20 komanda sırasında 27 matçdan 40 xalla 9-cu pillədə qərarlaşıb.

Xəbər 5605 dəfə oxunub.



09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +