Lavrov və Rubio arasında görüş planlaşdırılır
Pezeşkian Şahin Mustafayevi qəbul edib
Tramp Zelenski ilə görüşəcək
Prezident ABŞ-də görüşlər keçirdi - Foto/Yeniləndi
Fransa Fələstini dövlət kimi tanıyıb
Prezident və xanımı ABŞ-də -FOTO
Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı


20.09.2025  19:31 

Paşinyandan ermənilərə Ağrı dağı DƏRSİ





A+  A-

Ermənistanın Baş naziri Nikol Paşinyan uşaqların Ağrı dağının coğrafi yerləşməsinə təəccüblənməsi ilə bağlı hekayə danışıb.

XəzərNews.az xəbər verir ki, siyasətçinin sözlərindən "Ateo Breaking" "Telegram" kanalı sitat gətirib.

Paşinyan danışıb ki, tonqal yanında olan bir qrup uşağa yaxınlaşaraq onlardan Ermənistanın ən hündür dağının adını soruşub.

"Uşaqların 70%-i Ararat (əsl adı: Ağrı dağı) deyə cavab verdi. Onlar hətta Araratın Ermənistanda olmadığını bilmirlər. Hətta bizimlə ünsiyyətdə olan bir çox ermənilər də bunu bilmirlər, çünki biz belə danışırıq", - o izah edib.

Paşinyan vurğulayıb ki, Araratın Türkiyədə yerləşməsi barədə məlumatsızlıq hətta böyüklər arasında da geniş yayılıb.

"Sonra öyrənirlər, təəccüblənirlər — necə yəni Ararat Ermənistan Respublikasının ərazisində deyil? Onlar bizim haqqımızda nə düşünürlər?", - Baş nazir qeyd edib.

Sentyabrın 17-də Ermənistanın xüsusi tapşırıqlar üzrə keçmiş səfiri Edmon Marukyan hazırkı hakimiyyətin qərarı ilə Ağrı dağının Ermənistanın dövlət gerbindən çıxarılmasının mümkünlüyünü açıqlayıb.//Publika.az

Xəbər 1895 dəfə oxunub.



23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı


BÜTÜN XƏBƏRLƏR +