Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


19.04.2023  11:50 

Qiyməti süni şəkildə artırırlar - Ekspert





A+  A-

"Hazırda kənd təsərrüfatı məhsullarının, tərəvəzlərin qiymətinin baha olmasına bir neçə amilin təsiri var. Mövsümü amillər, toxum, gübrə, pestisidlərin baha olması meyvə-tərəvəzin qiymətinə ciddi təsir göstərir. Hər şey bahalaşdığı üçün meyvə istehsalçıları da məcburdur ki, qiyməti qaldırsın”.

XəzərNews.az xəbər verir ki, bunu Bakupost.az -a iqtisadçı ekspert Eyyub Kərimli deyib.

O bildirib ki, bahalaşmanın ən əsas səbəbi yerli məhsulun hələ yetişməməsidir. Yerli məhsulların çıxmasına bir neçə ay qalmış hər il belə problemlərlə qarşılaşırıq:

“Logistikanın bahalaşması və daşınma xərclərinin artmasına görə xaricdən, əsasən də Türkiyədən gətirilən məhsulların qiymətində müəyyən dəyişiklik ola bilər. Yerli məhsullar indi bazarda azdər. Daha çox xaricdən gətirilən məhsullar satılır. Çox güman xaricdən gətirilən məhsulların həm topdan satış qiyməti, həm logistik xərcləri artıb. Bu da həmin məhsulların ölkədəki satış qiymətlərinə də təsir göstərir”.

İqtisadçı qeyd edib ki, soğan və kartofla bağlı bahalaşma yalnız mövsümi amillə bağlı deyil. Burada süni qiymət artımı da xüsusi rol oynayır:

"Bəzi hallarda bu məhsulların yerlərdə ucuz olduğunu, lakin bazarlarda daha baha satıldığını müşahidə edir­ik. Fikrimcə, artıq yeni məhsulların bitməsinə az qalıb və qiymətlər aşağı enə bilər. Lakin bu il qiymətlər ötən ilə nisbətən daha baha olacaq. Ötən illə müqayisədə kartof və soğanın qiymətində 40 faizə, pomidorda isə 100 faizə qədər artım müşahidə olunur".

Xəbər 2682 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +