Silah anbarında partlayış...-Ölənlər var
Moskvada avtomobil izdihamın üzərinə sürən şəxs saxlanılıb-YENİLƏNİB
ABŞ-dən Ukraynaya 500 milyon dollarlıq hərbi yardım
İsrail atəşə tutuldu
Özgür Özelin barəsində istintaq başladılıb
Rusiyanın hərbi təyyarəsi İrəvana endi
Tovuz döyüşlərindən beş il ötür
Zelenski xarici hərbi yardımın çatdırılmasından danışıb
HƏMAS-ın hərbi-dəniz xüsusi təyinatlılarının 6 komandiri öldürülüb
Anar Abdullayev həbs olunub


11.09.2022  16:46 

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri niyə azalıb?





A+  A-

“Ölkə iqtisadiyyatının inkişafında və əhalinin sosial təminatının yaxşılaşdırılmasında ödənişli xidmətlərin rolu böyükdür. Ödənişli xidmətlər deyərkən bura məişət xidmətləri, nəqliyyat xidmətləri, mənzil təsərrüfat xidmətləri, kommunal xidmətlər, rabitə xidmətləri, mədəniyyət xidmətləri, turizm ekskursiya xidmətləri, səhiyyə xidmətləri, santoriya-kurortu və sağlamlıq xidmətləri, hüquqi səciyyəli və bank xidmətləri, təhsil xidmətləri və sair ödənişli xidmətlər nəzərdə tutulur”.

Bu barədə məlumatı XəzərNews.az -a İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunun dissertantı, iqtisadçı ekspert Famil Niftiyev verib.

F.Niftiyev bildirib ki, əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötənilki illərə nisbətən aşağı düşüb:

“Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ödənişli xidmətlərin dəyəri 2000-ci ildə 477185,3 min manat, 2010-cu ildə 4724490,0 min manat, 2015-ci ildə 7462765,2 min manat, 2019-cu ildə 9607258,7 min manat və 2021-ci ildə 7758186,6 min manat olmuşdur. 2000-2021-ci illərdə ödənişli xidmətin dəyəri 16,2 dəfə artmasına baxmayaraq, 2019-cu ilə nisbətən 2021-ci ildə 19,2% azalma müşahidə edilmişdir. Ödənişli xidmətlər arasında azalma məişət, nəqliyyat, mədəniyyət, turizm-ekskursiya, təhsil və digər ödənişli xidmətləri göstərmək olar”.

İqtisadçı ekspert bildirib ki, əhalinin hər nəfərinə düşən ödənişli xidmətlərin dəyərində də azalam qeydə alınmışdır:

“2016-cı ildə 810,3 manat, 2019-cu ildə 970,0 manat və 2021-ci ildə 774,4 manat müəyyən edilmişdir. Buna baxmayaraq ödənişli xidmətlər arasında rabitə, kommunal və səhiyyənin payı yüksəkdir. Belə ki, 2021-ci il üzrə bütün ödənşli xidmətlər arasında rabitə, kommunal və səhiyyənin dəyəri 57% təşkil edir.

Beləliklə, 2019-2021-ci illərdə ödənişli xidmətlərin dəyərinin azalaması əsasən
ümumdünya pandemiyanın (Covid-19) yayılması, əhalinin gəlirlərinin azalması və
infilyasiyanın artması səbəbindən əhalinin ödənişli xidmətlərdən az istifadə
etməsinə gətirib çıxarmışdır”.

Xəbər 6610 dəfə oxunub.




12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb

11.07.2025  23:25 

Dənizdə batan şəxs xilas edildi

11.07.2025  22:58 

Anar Abdullayev həbs olunub

11.07.2025  17:06 

Güclü, amma “səssiz“ OLİQARX

11.07.2025  16:28 

Rusiya PUA-sı Litvada vurulub?


BÜTÜN XƏBƏRLƏR +