Tanınmış həkimə cinayət işi açıldı
Diqqət: Bəzi avtomobillərin kilometrajı geri çəkilir
Kobud şəkildə qayda pozan sürücü kameraya düşdü
“Azərenerji”nin 300 milyonluq borcu niyə yaranıb?
“Taxta bazarı“ adlanan ərazidə yanğın olub
Azərbaycanlı rəis Rusiyada saxlanıldı - VİDEO
FHN 3 yaşlı körpəni belə xilas etdi - VİDEO
Ukraynada Azərbaycan əsilli hərbi qulluqçu şəhid olub
İntim görüntüləri yayılan şöbə müdiri istefa verdi
Aeroport şosesində qəza oldu


03.04.2019  14:39 

Ötən il Azərbaycana 3 milyona yaxın turist gəlib





A+  A-

Ötən il Azərbaycana gələn turistlər 2 milyard dollar çox vəsait xərcləyiblər.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib.

K.Quluzadə deyib ki, ötən il Azərbaycana gələn qonaqların sayı 2 milyon 800 mindən çox olub.

Agentlik rəsmisinin sözlərinə görə, bu il Azərbaycana gələn qonaqların sayı 360 min nəfərdən çox olub: "Daha çox Rusiya və Gürcüstandan turist gəlib. Bundan əlavə, son illərdə Yaxın Şərq ölkələrindən gələn turistlərin sayında böyük artım var. Bu ilin son iki ayının nəticələrinə əsasən, Cənubi Asiya bölgəsindən gələnlərin sayında böyük sıçrayış var. Bu ilin son iki ayının nəticələrinə əsasən demək olar ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 70 faiz artım var. Mərkəzi Asiya bölgəsi üzrə 30 faiz artım qeydə alınıb. Ümumilikdə isə Azərbaycanda 15 turizm bazarı üzrə turistlərin sayında artım hiss olunur".

K.Quluzadə qeyd edib ki, əsas məqsəd 2023-cü ilədək Azərbaycana gələn turistlərin sayını 2 dəfə artırmaqdır. Qeyd edilir ki, yaxın zamanlarda 20-yə yaxın beynəlxalq sərgidə Azərbaycanın turizm potensialı təmsil olunacaq.

Xəbər 3018 dəfə oxunub.




13.07.2025  14:53 

Aeroport şosesində qəza oldu

13.07.2025  12:34 

Ölümlə danışarsan...!

13.07.2025  11:54 

Sabah 40° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +