İlham Əliyev Sultan Əhməd Əl-Cabiri qəbul edib
Ərdoğan Azərbaycana gəldi
İsrail İrana qarşı yeni plan hazırlayır
Pakistanın Baş naziri Xankəndiyə gəldi
Rusiya erməniləri Rəştdə yerləşdirməlidir - Politoloq
Rusiya Kiyevə hücum edib
Solovyovun Bakını hədələməsinə Türkiyədən reaksiya
Sabiq məmur hərbçilərdən rüşvət alıbmış
Parlamentdə 22 məsələ müzakirə olunacaq
Əliyev Trampı təbrik etdi


15.08.2023  10:20 

Belə bir xalqın demokratiyası ola bilməz...





A+  A-

Demokratiya tələb edənlər "demokratik seçki" ilə hakimiyyətə gəlsələr belə, demokratik idarə edə bilməyəcəklər.

Çünki ölkədə demokratiyanın bazası, alt yapısı yoxdur. İstər-istəməz indiki hakimiyyətin üsulundan istifadə edəcəklər. Ümumiyyətlə, cəmiyyətin demokratik seçki keçirmək qabiliyyəti, potensialı mövcud deyil. Mən seçkilərdə təkcə iqtidarın yox, hamının öz namizədinin xeyrinə bülleten soxuşdurmağa çalışdığını dəfələrlə şəxsən görmüşəm. Hakimiyyət ona görə qalib gəlir ki, daha çox resursu var. Əgər resurslarından istifadə etməyib uduzsa, hakimiyyətə gələn yeni qüvvənin qanlı diktatura yaratmaqdan başqa yolu qalmayacaq. Ya da Elçibəy hakimiyyəti kimi qısa müddətdən sonra yıxılacaq.

Odur ki, indiki mərhələdə hamı gücünü bu bazanın yaranmasına yönəltməlidir.

Seçki də onun tərkib hissəsidir. Ölkədə hakimiyyət dəyişikliyi olması üçün bir demokratik seçki kifayət deyil. Ən azı 10 seçki olmalı və hər biri daha təkmil keçməlidir.

Bu təkcə hakimiyyətin yox, həm də müxalifətin, fəal insanların və cəmiyyətin problemidir. Ancaq ən böyük məsuliyyət və yük, təbii ki, hakimiyyətin üzərindədir.

Demokratik seçkilərlə paralel digər ictimai-iqtisadi proseslər də getməlidir. Elm, texologiya, iqtisadiyyat sahəsində təşəbbüslər irəli sürülməli, həyəta keçirilməsi tələb olunmalıdır. Əvvəl rifah gəlir, onun paralelində və ondan azacıq irəlidə demokratik proseslər olur. "Demokratiya olacaq, daha sonra rifah gələcək" fikri kökündən yanlışdır.

Biz bunu "perestroyka" təcrübəsində görmüşük. Düşünürəm ki, hazırda həbsdə olan professor da çıxan kimi partiyasının adında müvafiq dəyişiklik etməlidir.

Mən hələ bir alimin öz elmi təşəbbüsü uğrunda mübarizə apardığını görməmişəm. Belə bir xalqın demokratiyası ola bilməz. Əvvəlcə elmimiz, texnologiyamız, iqtisadiyyatımız inkişaf etməli və paralelində demokratiyanı gətirməlidir.

Varlı cəmiyyət üçün hakimiyyətdə kimin olması maraqlı olmur. O əsasən ideyalara, təşəbbüslərə, yeniliklərə səs verir. Onun üçün Əli, Vəli, Pirvəli maraqlı deyil. Düşünürəm ki, hakimiyyətdə olanlar da bunu nəzərə almalıdırlar. Həqiqi islahatlar aparılmalı, cəmiyyətə doğru addımlar atılmalıdır.

Nadir Qocabəyli

Xəbər 2600 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi

03.07.2025  15:38 

Sadır Japarov Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +