“Şəki” restoranına milyonluq kompensasiya
"Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var
Bakıda yeniyetmə qız itkin düşüb
Əliyevin Orbanla görüşü olub... - Məhdud tərkibdə
Tramp qudasını Fransaya səfir təyin edib
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi
TƏBİB rəhbəri narazı stamotoloqları qəbul edəcək
Beş nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır... - Partlayış
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib


27.06.2020  13:46 

Polis 60 kq-a yaxın narkotik aşkarladı





A+  A-

Siyəzən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, Siyəzən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən rayon sakini Əli Məlikov saxlanılıb.

Onun yaşadığı evə baxış keçirilən zaman həyətyanı sahədə xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi, hündürlüyü 30-175 sm olan və ümumi çəkisi 57 kq 530 qram təşkil edən 81 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək maddi sübut kimi götürülüb.

Polis Şöbəsi əməkdaşlarının eyni gündə keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində eyni əməllə məşğul olan rayon sakini Zəfər Qəniyev də saxlanılınıb.

Z.Qəniyevə məxsus həyətyanı sahədən isə xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş hündürlüyü 75-170 sm, ümumi çəkisi isə 2 kq-dan artıq olan 14 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkarlanıb.

Dindirilmə zamanı hər iki şəxs narkotik tərkibli bitkiləri şəxsi istifadələri üçün yetişdirdiklərini etiraf ediblər.

Qeyd olunan faktlarla bağlı saxlanılan şəxslər barəsində Siyəzən RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər 1911 dəfə oxunub.




20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO


BÜTÜN XƏBƏRLƏR +