“Şəki” restoranına milyonluq kompensasiya
"Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var
Bakıda yeniyetmə qız itkin düşüb
Əliyevin Orbanla görüşü olub... - Məhdud tərkibdə
Tramp qudasını Fransaya səfir təyin edib
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi
TƏBİB rəhbəri narazı stamotoloqları qəbul edəcək
Beş nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır... - Partlayış
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib


13.12.2019  11:03 

Avtomobildə at əti daşıyan şəxs saxlanıldı





A+  A-

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, İsmayıllı şəhəri ərazisində hərəkətdə olan “VAZ 21011” markalı avtomobil polis əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilin yük hissəsinə baxış keçirilən zaman oradan heyvan cəmdəyi aşkar edilib. Nəqliyyat vasitəsinin sürücüsü, İsmayıllı şəhər sakini Elçin Məmmədovdan daşıdığı həmin ətə görə sənədlər tələb olunduqda, o, sənəd təqdim etməmiş, ətin mənşəyi məlum olmadığından avtomobil müvəqqəti duracağa yerləşdirilib. E.Məmmədov izahatında həmin ətin at heyvanına məxsus olduğunu və Ağsu rayonunda kəsərək İsmayıllıya gətirdiyini bildirib.

Aşkar edilmiş 45 kq ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Faktla bağlı İsmayıllı RPŞ-də araşdırma aparılır.

Xəbər 1681 dəfə oxunub.



20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO


BÜTÜN XƏBƏRLƏR +