İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


08.12.2017  13:38 

Qurban Qurbanov ilin məşqçisi seçildi





A+  A-

Azərbaycanda ilin ən yaxşı məşqçisinin adına aydınlıq gəlib.
XəzərNews.az xəbər verir ki, komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib olub.

Səsvermədə 74 mətbuat orqanından 79 jurnalist iştirak edib. 77 səs toplayan Qurban Qurbanov 8-ci dəfə ilin ən yaxşı məşqçisi seçilib. 45 yaşlı mütəxəssis demək olar ki, yekdilliklə bu mükafata layiq görülüb. Sorğuda iştirak edənlərdən cəmi iki nəfər “Zirə”nin baş məşqçisi Ayxan Abbasovu fərqləndirib.

Qurban Qurbanov 2017-ci ildə “Qarabağ”a ardıcıl 4-cü dəfə Azərbaycan çempionluğunu, 3-cü dəfə Azərbaycan kubokunu qazandırıb. “Qarabağ” Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsinə də vəsiqə əldə edib. “Köhlən atlar” qrup mərhələsində Madrid “Atletiko”su ilə qarşılaşmalarda iki xal qazanıb.

Xəbər 1738 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +