Sabah 41 dərəcə isti olacaq
Məşhur parkda uşağı ilan sancdı - Vəziyyəti ağırdır
Səbaildə asfalt çökdü, qadın xəsarət aldı
DTX imtahan şəbəkəsini ifşa etdi
Söndürülməmiş siqaret yanğına səbəb oldu
Rusiyanın hücumu nəticəsində azərbaycanlı iş adamı biznesini itirdi
Uşağı xilas edərkən özü də boğuldu
Həmkarlar İttifaqının “onlayn fırıldağı“: Görün insanları necə aldadırlar
Ağstafada daha bir FACİƏ
Binəqədidə üzərində şəhid lövhələri olan keçid TƏMİZLƏNDİ


15.07.2025  17:55 

“Bizim məhsul deyil, bizi...”- “Bolluq LTD” MMC-dən açıqlama +YENİLƏNİB





A+  A-

Bakıda mağazadan alınan uşaq peçenyesinin içindən dəmir parçasının çıxdığı iddia olunur.

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Mirəli Süleymanov adlı valideyn sosial şəbəkə hesabında paylaşım edib.

“Bu, uşaqlar üçün alınan “Bolluq LTD” MMC məhsuludur. Sizcə, bunu uşaq yesə, sağ qalarmı?! Çox məsuliyyətsizlik edirlər, uşağı zülmlə saxla, hansısa firmanın diqqətsizlik və məsuliyyətsizliyinə qurban ver. Utanın heç olmasa, öz övladlarınızı düşünün”, - deyə M.Süleymanov bildirib.

Məsələ ilə bağlı “Bolluq LTD” MMC-nin Keyfiyyətə nəzarət və laboratoriya departamentinin müdiri Məmməd Dünyamalıyev saytımıza açıqlamasında bildirib ki, şikayət araşdırılıb və həmin məhsulun “Bolluğ”a məxsus olmadığı üzə çıxıb:
“Məlumat bu gün səhər bizə daxil olub. Həmin məhsulun foto müşahidəsi aparılanda elə görünür ki, qeyd olunan peçenye yağlıdır və onun tərkibi iki lay qatdan ibarətdir. Amma orada göstərilən məhsul isə üçqatlı tort məhsulunun strukturudur. Yəni ambalaj bizimdir, amma orada qoyulan məhsulun isə bizim məhsulla uzaqdan-yaxından əlaqəsi yoxdur. Dəfələrlə belə hallar baş verib. Yəni sellofan bizim olur, içinə isə suxarı məhsulu tökürlər ki, bu, “Bolluğ”un məhsuludur, içindən iy gəlir və s. Məhsulu araşdırdıqda isə görürsən ki, suxarı qırıntılarının heç bizim istehsalımızla əlaqəsi yoxdur. Bunlar hamısı şantaj xarakterlidir və yaxud müəyyən bir vəsait almaq üçün edilir”.

***10:36

Uşaq üçün alınan “Honey” adı ilə satılan yerli istehsal olan kökənin içindən dəmir parçası çıxıb.

XəzərNews.az xəbər verir ki, bu barədə şirniyyatı alan müştəri Mirəli Süleymanov məlumat paylaşıb. O bildirib ki, xoşbəxtlikdən dəmir parçasını tez görüblər:

“Dostlar, bu məhsul “Bolluq LTD MMC”yə məxsus uşaqlar üçün peçeniyalardı. Yaxşı ki, uşaq yemədən içindən çıxan bu dəmir parçasını gördük. Uşaqlara bu kimi məhsulları verəndə diqqətli olmaq lazımdır”.



Xəbər 659 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.07.2025  12:59 

Sabah 41 dərəcə isti olacaq

29.07.2025  10:40 

Ağstafada daha bir FACİƏ

29.07.2025  10:25 

Bu məmurun evi YANDI


BÜTÜN XƏBƏRLƏR +