“Ehtiyat skamyamız zəifdir....“ - Rimas Kurtinaytis
Oyunçularımı təbrik edirəm -Baş məşqçi
Mehdiyevə bağlı olan icra başçıları... - İDDİA
Hikmət Hacıyev kanslerin müşaviri ilə görüşdü
“Greenfield“ və “Tess“ çaylarında uyğunsuzluq var?
Mehdiyevin izi ilə... - Daha kimlər həbs oluna bilər?
Şimşək çaxacaq, sulu qar yağacaq
Bakıda parad keçiriləcək
Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edildi
MSK-a Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verdi


12.01.2021  12:23 

Milyarderlər koronavirusun yaradılmasında təqsirləndirilir





A+  A-

Perunun Apellyasiya Məhkəməsinin hakimləri koronavirusun məhkəmə proseslərini iflic hala gətirdiyini bildiriblər. Onlar daha da irəli gedərək pandemiyanın “dünyanı idarə edən cinayətkar elitalar tərəfindən yaradıldığı”nı iddia edib. Milyarderlər Corc Soros, Stiven Rokfeller və Bill Qeytsi təqsirləndiriblər.
XəzərNews.az xəbər verir ki, bu barədə Perunun “RPP” radiostansiyası məlumat verib.

Belə ki, yerli məhkəmələrdən biri təcavüzdə təqsirləndirilən şəxsin həbs müddətinin uzadılması barədə apellyasiya şikayətinə baxıb. Apellyasiya Məhkəməsinin hakimləri əvvəlki instansiya qərarından apellyasiya şikayətinin verilməsini rədd edərək, müttəhimə qarşı açılan cinayət prosesinin “COVID-19” pandemiyası ilə bağlı yaranmış vəziyyət səbəbindən iflic vəziyyətə düşdüyünü bildirib, hökmdə də koronavirus pandemiyasının yayılmasında adıçəkilən şəxslərin əlinin olduğunu qeyd ediblər.

“Dünyada heç bir hökumət, heç bir fiziki və hüquqi şəxs, heç bir cavabdehin müdafiəsi, yeni dünya düzəninin [müəllifləri] arasından yaradanlar, Bill Qeyts, Soros, Rockefeller xaricində bu pandemiyanın “proqnozlaşdırıla biləcəyini” iddia edə bilməz. Onlar bütün prosesi idarə edib və son dərəcə məxfilik şəraitində idarə etməyə davam edir ”deyə məhkəmənin qərarında qeyd olunub.

Təqsirləndirilən şəxsin vəkili onsuz da apellyasiya məhkəməsinin qərarının ləğvini tələb edəcəyini açıqlayaraq, bunun işə aid dəlillər əvəzinə spekulyativ ifadələrə əsaslandığını bildirib.

Xəbər 4243 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.10.2025  17:35 

Bakıda parad keçiriləcək

15.10.2025  11:58 

Prezident müraciət ünvanladı

15.10.2025  10:27 

Abşeronda qətl hadisəsi


BÜTÜN XƏBƏRLƏR +