Dayısının 1 milyon manata yaxın pulunu ələ keçirdi
Prezident Qazaxıstana səfər edəcək
Mehdiyevin oğlunun şirkəti borca düşdü
Prezident yeni səfiri qəbul etdi
Mehdiyevə çağırış olmayıb... - TƏBİB-dən açıqlama
Paşinyan Ermənistanı ABŞ-İran qarşıdurmasına hazırlayır?
Yusif Şirinli tutduğu vəzifədən azad olunub
Dron hücumları: Rusiyanın üç bölgəsi işıqsız qalıb
89 yaşlı qadın orduya 20 min qrivina bağışladı
Ramiz Mehdiyevin halı pisləşib


23.06.2017  16:54 

Banklar güncləndirilmiş iş rejiminə keçdilər





A+  A-

Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə “2017 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar olaraq bir sıra bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.
Palatadan XəzərNews.az-a verilən məlumata görə, Azərbaycanda 2-ci dəfə keçiriləcək dünyaca məşhur “Formula 1” yarışlarını izləmək üçün Bakıya gələcək çoxsaylı əcnəbi qonaqların və şəhərimizin sakinlərinin valyuta mübadiləsi xidmətlərinə rahat çıxışını təmin etmək məqsədilə Bakı Şəhər Halqası ətrafında və istirahət məkanlarının yaxınlığında yerləşən 24 bankın 60 filial və şöbəsi 23-25 iyun tarixlərində gücləndirilmiş iş rejimində xidmət göstərəcək.

Bundan əlavə, yarışlar dövründə ölkə vətəndaşları və turistlərin valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 2 filial və 6 şöbəsi 24 saat fəaliyyət göstərəcək.

Xəbər 3332 dəfə oxunub.




16.10.2025  12:52 

Prezident yeni səfiri qəbul etdi

16.10.2025  10:28 

Ramiz Mehdiyevin halı pisləşib

16.10.2025  10:12 

Ukrayna Saratovu dumana bürüdü

15.10.2025  17:35 

Bakıda parad keçiriləcək


BÜTÜN XƏBƏRLƏR +