Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü
Aktrisa toyda qonaqlarla dava edib
İlham Əliyev Paşinyanla görüşdü


26.11.2018  13:46 

“Azərbaycanda vəziyyət elə deyil” - Marko Deviç





A+  A-

“Mən gələcəyin məşqçisiyəm. Çünki hələ futbolçuyam”.
XəzərNews.az xəbər verir ki, bu sözləri "Sabah" klubunun futbolçusu Marko Deviç deyib. 35 yaşlı hücumçu məşqçi kursunə öz işi ilə əlaqədar yazıldığını və bu peşəni həyatda hər şeydən çox sevdiyini vurğulayıb:

"Hər böyük futbolçudan yaxşı məşqçi alınmaz. Deməli, mənim şansım var. Çünki özüm ortabab futbolçu olmuşam. Əlbəttə, bu, zarafatdı. Məşqçilik xüsusiyyətləri fərdi məsələlərdi. Bu, oyunçudan, insandan asılıdı. Yaxşı məşqçi olmaq istəyirəm. Hər bir təhsil sessiyası mənə deyir ki, ora getmək lazımdı”.

Serb əsilli futbolçu məşqçilikdə pillə-pillə irəliləmək istədiyini söyləyib: "Bəli, mən yaxşı oynamışam. Amma məqşçililk üçün təcrübə lazımdı. Ola bilsin, bir-iki il köməkçi-məşqçi kimi çalışmaq lazımdı. Harada məni görmək istəsələr, orada da çalışaram".

Deviç karyerasını Ukraynada başa vurmaq istədiyini sözlərinə əlavə edib: "Bəzi variantlar var idi. Karyeramı başa vurmağı qərara alsam, son ilimdə Ukraynada oynamaq istərdim. Ukrayna Premyer Liqasına uyğun gəlib-gəlməməyim funksional vəziyyətimdən asılıdı. Qalan məsələlərə görə narahat deyiləm. Sağlamlığım imkan versə, düşünürəm ki, uyğun gələrəm".

"Sabah"ın hücumçusu futbolçu karyerasını başa vuracağı vaxtı açıqlamasa da, hər bir məşq və oyuna sonuncu kimi çıxdığını söyləyib: "Başa düşürəm ki, böyük səhvlər və zədə karyerama təsir edə bilər. Qol vurub qələbə qazanmaqla özümü və azarkeşləri sevindirmək istəyirəm. Hələ karyeramı başa vurmağın zamanı gəldiyini hiss etməmişəm".

Deviç “Azərbaycan çempionatına pul qazanmağa görə gəlmisiniz” sualını belə cavablandırıb: “İndi Azərbaycanda elə vəziyyət deyil. Açıq danışsaq, bu ölkəyə gələnədək maliyyə məsələsi prioritet deyildi. Karyeram ərzində yetərincə oynamışam, yetərincə qazanmışam”.

Qeyd edək ki, Marko Deviç "Sabah"a bu mövsümün əvvəlində keçib. O, cari mövsümdə rəqib qapılarından 5 qol keçirib.

Xəbər 1424 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +