Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov
Tiktoker və blogerlər qumara görə saxlanıldı - Video
Ruslara Şengen vizası qadağası gəlir
“Binə”də sahibkarlar narazılıq edir - Səbəb?
Tramp “Tramp marşrutu”ndan danışdı
Təşkilat rəhbəri 10 nəfərə qarşı dələduzluq edib?
Kiyev məhkəməsi rus hərbçiyə bəraət verib
YUNESKO yeni rəhbər seçdi
Futbolda mərc əməliyyatı: saxlanılanlar var


30.05.2018  09:57 

Azərbaycanın turizm sahəsində dələduzlar çoxalıb





A+  A-

Azərbaycan turizm növlərinin müxtəlifliyi ilə seçilir. Biznes, istirahət, sağlamlıq, idman turizmlərini buna misal göstərmək olar. Odur ki, kifayət qədər turizm potensialı olan Azərbaycan bu sahədə dünyanın aparıcı ölkələri ilə rəqabətə girməyə və öz imkanlarını nümayiş etdirməyə qadirdir. Artıq beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilən Azərbaycanda turizm sərgilərinin təşkili bu sahəyə olan marağın göstəricisidir.
Bəs bu il Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunacaqmı? Eyni zamanda daha çox hansı ölkələrdən turistlər gələ bilər?

“Orucluqdan sonra turistlərin sayı çoxalacaq”

XəzərNews.az-ın məlumatına görə, Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Modern.az saytına bildirib ki, turizmlə bağlı müəyyən problemlər qalsa da, son illər Azərbaycan bölgələrində çalışan kadrların, turizm üzrə fəaliyyət göstərən obyektlərin təcrübəsi artır:

“Bununla yanaşı, hələ də çatışmazlıqlar mövcuddur. Xidmət səviyyəsinin yaxşı olması, treninqlərin keçirilməsi mütləq lazımdır. Yay aylarında Azərbaycana ilk növbədə Rusiyadan, Belarusdan turist axını olur. Daha çox müalicəvi turizm növünə diqqət var. Məsələn, Naftalanda, Qalaaltıda, Masallı və digər yerlərdə bu cür turizm növünə müraciət edilir. O cümlədən vizanın sadələşdirilməsi ilə əlaqədar ərəb ölkələrindən də turistlərin axını gözlənilir. Əlbəttə, orucluq qurtarandan sonra turistlərin sayı daha da çox olacaq. Elə müsəlman ölkələri var ki, Ramazanla bağlı olaraq digər ölkələrə səyahət etmirlər. Turistlər nəinki Bakıya, həm də regionlarımıza üz tuturlar”.

“Regionlarda 1 və 2 ulduzlu otellər olmalıdır”

M.Ağakərimovun sözlərinə görə, bölgələrdə qiymətlərin qənaətbəxş olduğunu demək olmur:

“Ümumiyyətlə Azərbaycan Turizm Assosiasiyası öz növbəsində tövsiyələr verir. İlk növbədə bölgələrdə qiymətlərin göstərilən xidmətə uyğunluğunu qeyd etməliyik. Elə menecerlər , sahibkarlar, idarəetmə strukturları var ki, qiyməti yüksək göstərsə də, xidmət çox aşağıdır. Xüsusilə Qəbələdə, Şəkidə bu gün qiymətlər çox bahadır. Buna yol vermək olmaz. Daha çox müraciət üçün xidmət səviyyəsi yüksəldilməlidir. Eyni zamanda, daxili turizm də inkişaf edir, yerli əhali də bölgələrdə istirahət etmək istəyir. Qiymətlər müvafiq olarsa, bölgələrə üz tutanların da sayı artar. Bunun üçün həmin regionlarda 1 və 2 ulduzlu otellər olmalı, rəqabət getməli və bunun sayəsində qiymətlər aşağı düşməlidir”.

“Turpaket alan zaman mütləq müqavilə tələb edin”

Müsahibimiz turizm şirkətləri tərəfindən aldadılan insanlardan da söz açıb:

“Əhali Dövlət Turizm Agentliyinə, Azərbaycan Turizm Assosiasiyasına müraciət edərək, hansı turizm şirkətlərindən turpaket almalı olduğunu öyrənə bilər. Çünki bu sahədə dələduzlar çoxdur. İnsanlar turpaket alan zaman mütləq müqavilə, sığorta tələb etsinlər. Turizm şirkətilə insan arasında xidmətlərlə bağlı müqavilə olmalıdır. İnsanlar bazarda təcrübəsi olan, tanınmış turizm şirkətləri ilə iş birliyində olsalar, daha yaxşıdır. Müqavilə olmadığı halda sonradan problemlər yaranır”.

M.Ağakərimov deyib ki, hazırda Yaxın Şərqdə, Suriyada, Şimali Afrika ölkələrində siyasi vəziyyət yaxşı olmadığı üçün azərbaycanlıların ora üz tutması məsləhət deyil:

“Məsələn, əvvəllər azərbaycanlı turistlər Misirə çox gedirdilər. Amma indi vəziyyət tamamilə dəyişib. Ümumiyyətlə turizm təcrid olunmuş sahə deyil. Bu sahə sosial, siyasi, iqtisadi məsələlərlə birbaşa bağlıdır. Buna görə də insanlar hər hansı ölkəyə gedən zaman o ölkə haqqında əvvəlcədən məlumat toplamalıdır”.

Xəbər 3571 dəfə oxunub.




07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı

06.11.2025  17:38 

Əməkdar artist vəfat etdi

06.11.2025  17:35 

Neft emalı zavodunda yanğın

06.11.2025  16:18 

Prezident üç fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +