Baş nazirin evində yanğın baş verib
Bu ərazilərdə yaşayanlara XƏBƏRDARLIQ: Sabah...
Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
Pensiya alanlara YENİ XƏBƏR: Öz pensiyanızdan imtina edib...
“Son zəng“ə görə pul tələb etdi, məktəbdən qovuldu -VİDEO
Yaşar Gülər Azərbaycana səfər edəcək
PKK-a silahı yerə qoydu: Siyasi və ideoloji mübarizə isə...
“Qarabağ“ bir ildə 21 milyona yaxın pul xərcləyib
İcra başçısı özü haqqında sənədli film çəkdirib?
Putin günün sonuna qədər... - Vaxt daralır


25.10.2021  11:28 

Moskva görüşü nə vəd edir?..





A+  A-

Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan prezidenti və Ermənistanın Baş nazirinin görüşü gözlənilir.

Müharibənin bitməsinin bir illiyinə təsadüf edən bu görüşə tərəflər, bir neçə aydır ki, hazırlarşır və qarşılıqlı isti mesajlar verməklə, yeni görüşə şərait yaradıldı.

Halbuki, prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan təkbətək görüşə hazırlaşırdı. Amma, Moskvanın proseslərə müdaxiləsi, belə bir görüşün Moskvada keçirilməsini labüd etdi.

Qeyd edim ki, Rusiya prezidenti V.Putinin "Valday" diskussiya klubunda çıxışında mesajlar Azərbaycanı qane edirdi. Ona görə də Moskvanın vasitəçilyi ilə keçirilən bu görüş Azərbaycanın maraqlarına cavab verir.

Rusiyada keçirilən bu görüşdə əsasən, bir neçə məsələdə razılaşmalar əldə edilə bilər. Bundan əlavə, Rusiyada burada öz maraqlarının təmini istiqamətdə təkliflərini razılaşmalara sala bilər.

1-ci, Azərbaycanla Ermənistan arasında ilk növbədə sərhədlərin delimitasiya və demarkasiyası üzrə danışıqlar başlaycaq. Sərhədlərin müəyyənləşməsi Rusiyada saxlanılan sovetxəritələrinə uyğun olaraq aparılacaq. Rusiya prezidenti sərhəd məsələsində kompromis təklif edir. Görünür, Azərbaycanın anklavları ilə bağlı məsələlər sonrakı prosesə saxlanıla bilər.

2-ci, Nəqliyyat və kommunikasiyaların açılması, xüsusilə "Zəngəzur" dəhlizinin açılması razılaşdırılacaq. Ermənistan tərəfi nə qədər "dəhliz" sözünü işlətməsə də açılacaq yolda Rusiya FTX nəzarət edəcək. Bu da dəhliz deməkdir. Ermənistan Zəngəzurda dəmir yolu və avtomobil yolunun çəkilməsinə ayrılan vəsaiti Azərbaycanın qarşılamasını qaldıra bilər.

3-cü, razılaşmalar danışıqlarda tam razılaşdırılsa, Bakıda saxlanılan diversanatlar geri veriləcək və mina xəritələri Bakıya təqdim ediləcək.

4-cü, Qarabağda silahlı erməni birləşmələrinin ləğvini Azərbaycan Moskva qarşısında qaldıracaq. Bu proses uzun olmasına baxmayaraq sonda silahlı birləşmələr ləğv ediləcək.

Ermənistanla sülh müqaviləsinə gəldikdə isə, bu istiqamətdə əldə olunan razılaşmalardan asılı olacaq.

Məhəmməd Əsədullazadə
MCP sədrinin muavini, politoloq


Xəbər 1345 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir

12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +