Baş nazirin evində yanğın baş verib
Bu ərazilərdə yaşayanlara XƏBƏRDARLIQ: Sabah...
Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
Pensiya alanlara YENİ XƏBƏR: Öz pensiyanızdan imtina edib...
“Son zəng“ə görə pul tələb etdi, məktəbdən qovuldu -VİDEO
Yaşar Gülər Azərbaycana səfər edəcək
PKK-a silahı yerə qoydu: Siyasi və ideoloji mübarizə isə...
“Qarabağ“ bir ildə 21 milyona yaxın pul xərcləyib
İcra başçısı özü haqqında sənədli film çəkdirib?
Putin günün sonuna qədər... - Vaxt daralır


22.10.2021  16:01 

Eldar Əzizovla Reklam Agentliyi arasında qarşıdurma - Lövhələr söküldü





A+  A-

Azərbaycan Dövlət Reklam Agentliyi ilə Bakı Şəhər İcra hakimiyyəti arasında qarşıdurma yaranıb.

XezerNews.az Bakupost.az-a istinadən xəbər verir ki, buna səbəb Reklam Agentliyinin Bakının mərkəzi küçələrində quraşdırdığı reklam lövhələrinin BŞİH-nin əməkdaşları tərəfindən sökülməsi olub.

Bununla bağlı sahibkarlar yuxarı instansiyalara şikayət edib. Onlar qanuni fəaliyyətlərinə müdaxilə edildiyini və hüquqlarının kobud şəkildə pozulduğunu bildiriblər.

Məsələ hətta oktyabrın 19-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi, İctimai Şuranın təşkilatçılığı ilə Azərbaycanda reklam bazarı, mövcud vəziyyət, perspektivlər mövzusunda keçirilən forumda da geniş müzakirə olunub. Forumda sahibkarlar müvafiq qurumların, eyni zamanda BŞİH-nin onların işinə müdaxilə etdiyindən şikayətləniblər.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Reklam Agentliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Azəri Bakupost.az -a məlumatı təsdiqləyib:



“Həmin foruma bu sahə ilə məşğul olan sahibkarlar da dəvət olunmuşdu. Bu məsələlər orada iştirak edən sahibkarlar tərəfindən qaldırıldı və bunun həlli yolları müzakirə edildi. Sahibkarların bununla bağlı irad və təklifləri oldu. Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi həmin tədbirdə iştirak edirdi. Sahibkarlar qeyd edirdilər ki, bununla bağlı müvafiq orqanlara müraciət olunub. Müvafiq orqan deyəndə Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin də əməkdaşları da var idi. Hazırda bu məsələyə baxılır. Dövlət Reklam Agentliyi açıq məkanda reklamların hazırlanması, yayımlanması sahəsində vahid tənzimləmə nəzarəti həyata keçirir. Sahibkarlar açıq məkanlarda reklamlarını yerləşdirməzdən əvvəl Dövlət Reklam Agentliyindən icazə alırlar. Bu icazələrin alınması üçün onlayn icazələr sistemi də yaradılıb. Bu da sahibkarkarların vaxt sərfini azaltmaq məqsədi daşıyır. Bu icazə o zaman verilir ki, orada heç bir qanunauyğunsuzluq yoxdur”.
Mətbuat katibi bildirib ki, mübahisəli məqamlar məhkəmə yolu ilə həll edilməlidir:

“Əgər mübahisə predmeti varsa, müvafiq qurumlar məhkəməyə müraciət edir. Əgər məhkəmə qərar çıxarsa ki, həmin reklam qurğuları sökülməlidir, o zaman sökülə bilər”.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə dəfələrlə əlaqə saxlasaq da, mövqe öyrənmək mümkün olmadı.

Xəbər 1627 dəfə oxunub.




12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir

12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +