Baş nazirin evində yanğın baş verib
Bu ərazilərdə yaşayanlara XƏBƏRDARLIQ: Sabah...
Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
Pensiya alanlara YENİ XƏBƏR: Öz pensiyanızdan imtina edib...
“Son zəng“ə görə pul tələb etdi, məktəbdən qovuldu -VİDEO
Yaşar Gülər Azərbaycana səfər edəcək
PKK-a silahı yerə qoydu: Siyasi və ideoloji mübarizə isə...
“Qarabağ“ bir ildə 21 milyona yaxın pul xərcləyib
İcra başçısı özü haqqında sənədli film çəkdirib?
Putin günün sonuna qədər... - Vaxt daralır


25.06.2019  17:23 

Röyaya efir qadağası qoyuldu - VİDEO





A+  A-

Əməkdar artist Röya Ayxana efir qadağası qoyulub.
XəzərNews.az axşam.az-a istinadən xəbər verir ki, artıq müğənninin klipləri "MTV Azərbaycan” kanalında yayımdan götürülüb. Həmçinin, kanalın rəhbəri Rəhim Rəhimli sənətçi haqda informasiyaların verilməsinə də qadağa tətbiq edib.

Bildirilir ki, buna səbəb Röya Ayxanın "Xəzər” TV-də yayımlanan "Hər şey daxil” proqramında işlətdiyi fikirlər olub. Həmin verilişdə sənətçi "Onsuz da bütün mahnılar "Youtube”da izlənilir. Klip saatı varsa, nümayiş etdirsinlər. Bir kanal lazımdır ki, orada kliplər yayımlansın. Amma ən azından "Xəzər” kimi səviyyəli bir kanal olsun” replikasını atıb.

Həmin verilişdən dərhal sonra isə "MTV Azərbaycan”da Röya ilə bağlı məlum qərar verilib.

Qeyd edək ki, Rəhim Rəhimli sözügedən kanalda müğənnilər Kərim Abasov və Niyam Salaminin də efirdə görünməsinə qadağa qoyub.

VİDEO

Xəbər 6642 dəfə oxunub.




12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir

12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +