6 abituriyent və 1 nəzarətçi... - İmtahandan qovuldu
Dişin ağrıyır, deyir ki, get qan analizi ver - Aparıcı
Azərbaycan Antalyadan belə geri qalır - Ekspert
Şairə Nigar Həsənzadənin poeziya axşamı keçirilib
Mülk sahibinin xəbəri olmadan sökülüb
Rüfət Səfərovun həbs müddəti uzadıldı
“Georgi lenti“li Saleh Səmədov həbs edilib
Sabah 31-36° isti olacaq
Qardaş bacısının boğazını kəsdi
Son 24 saat: Ruslar 1250 əsgər itirib


05.04.2019  10:32 

Yanğına körüklə gedən başçı - “Diqlas”dakı alov söndürülsə də, külündə sovrulanlar olacaq





A+  A-

Martın 26-da "Diqlas” Ticarət Mərkəzindəki yanğın söndürülsə də, külündə sovrulanlar olacaq. Rəsmilər hazırda zərərçəkənlərə kompensasiyaların verilməsi və onların müxtəlif satış nöqtələrində yerlə təmin olunması ilə məşğuldur. Gələn məlumatlara görə, proseslərin yekununda yanğına körüklə gələnlər xüsusi “mükafatlandırılacaqlar”.
Ən böyük “mükafat” isə təyinat aldığı 2015-ci ildən bu yana Nizami rayonunu böyük “bazar”a çevirən Arif Qasımova veriləcək.

XəzərNews.az Modern.az-a istinadən xatırladır ki, yanğın baş verən günün ertəsi PrezidentAdminstrasiyasının (PA) rəsmisi Hüseyn Mövsümov sahibkarlarla görüşdə “insanlara dəyən zərər ödənildikdən sonra bu yanğında məsuliyyəti olan hər kəs cəzalandırılacaq”, - deyə xəbərdarlıq etmişdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən təcili müşavirədə çıxış edən Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov açıq şəkildə Nizami rayon icra hakimiyyətinin başçısını məsuliyyətsizlikdə, nazirliyin tapşırıqlarına əməl etməməkdə suçlamışdı. K.Heydərov bildirmişdi ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən 2015-ci ildən etibarən "Diqlas” Ticarət Mərkəzi və Nizami rayon İcra Hakimiyyətinə müvafiq müraciətlər edilib:

“Ticarət mərkəzində yanğın təhlükəsizliyi və digər təhlükəsizlik tədbirləri görülməyib, bu məqsədlə tələb edilən hidrantlar qoyulmayıb. Malların anbarlarda düzgün yerləşdirilməməsi və binanın alkoponla üzlənməsi yanğının daha da şiddətlənməsinə səbəb olub”.

Belə çıxır ki, icra başçısı A.Qasımov mütəmadi xəbərdarlıq almasına baxmayaraq, lazımi tədbirlər görməyib və öz havasına “oynamaqda” davam edib.

Müvafiq qurumların göstərişindən sonra aparılan yoxamalar zamanı Bakının ən böyük bazarlarının yerləşdiyi Nizami rayonundakı ticarət mərkəzlərinin heç birində qaydalara əməl olunmadığı müəyyən edilib.

Heç şübhəsiz ki, bütün bunlara hansısa maraq müqabilində göz yuman Arif Qasımovun aqibətinin yaxşı olmayacağı gələn məlumatlar sırasındadır.

Xəbər 2068 dəfə oxunub.




01.06.2025  14:54 

Saleh Səmədovu DTX həbs edib?

31.05.2025  13:13 

Sabah 31-36° isti olacaq

30.05.2025  15:47 

Zelenski Hakan Fidanı qəbul edib

30.05.2025  13:29 

Hakan Fidan Kiyevə səfər edib

30.05.2025  12:28 

Sabah 36 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +