Rusiya ordusuna məxsus yük qatarı partladılıb
Ukraynaya raket hücumu: Ölən və yaralananlar var
Sabahın havası açıqlandı
Qazaxıstan Prezidentindən təbrik teleqramı
Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb


08.05.2017  13:41 

İlham Əliyev Makronu təbrik etdi





A+  A-

Azərbaycan prezidenti İlham Əliyev Fransanın yeni seçilmiş prezidenti Emmanuel Makronu təbrik edib.
XəzərNews.az-ın məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab Makron, Fransa Respublikasının Prezidenti vəzifəsinə seçkilərdə qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Qazandığınız qələbə dost Fransa xalqının Sizə olan etimadının və irəli sürdüyünüz yeniləşmə xəttinə dəstəyinin göstəricisidir.

Mən Azərbaycan ilə Fransa arasında ikitərəfli və çoxtərəfli əlaqələrə böyük əhəmiyyət verirəm. Yüksək səviyyəli qarşılıqlı səfərlər, müxtəlif sahələrdə genişlənən faydalı əməkdaşlıq, çoxşaxəli mədəni əlaqələr Azərbaycan-Fransa diplomatik münasibətlərinin 25 illik tarixini səciyyələndirən cəhətlərdir. İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Fransa eyni zamanda regionun ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədridir. Erməni silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində işğal edilmiş tarixi torpaqlarımız Dağlıq Qarabağ və ətrafındakı 7 rayonda etnik təmizləmə siyasəti aparılmış və bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, BMT Baş Məclisi, ATƏT, NATO, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatların müvafiq qərar və qətnamələri vardır. Lakin Ermənistan buna məhəl qoymur. Fransa digər həmsədrlər kimi indiki status-kvonu qəbuledilməz hesab edir.
Mən Fransanın səylərinə xüsusi əhəmiyyət verir və ümidvar olduğumu bildirirəm ki, bu səylər münaqişənin ədalətli həllinə nəhayət öz töhfəsini verəcəkdir. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, münaqişə ancaq beynəlxalq hüququn normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Fransa xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”.

Xəbər 2010 dəfə oxunub.




25.05.2025  12:51 

Sabahın havası açıqlandı

25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!


BÜTÜN XƏBƏRLƏR +