Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü
Aktrisa toyda qonaqlarla dava edib
İlham Əliyev Paşinyanla görüşdü


06.05.2025  09:53 

İran niyə dediyindən dönmür? - Şərh





A+  A-

"Mövcud olmayan sərhədi qorumaq üzrə İran dünya çempionudur. N.Paşinyan Ermənistan ərazisi ilə bağlı iki rəqəm işlədirdi - 29800 km2, ondan əvvəl 29857 km2 idi. Azərbaycan sənədləri ortalığa qoymaqla N.Paşinyan 29800 km2-ə düşdü. Yəni N.Paşinyanın dilindən Ermənistanın ərazisi barədə iki rəqəm var".

Bu barədə açıqlamanı XəzərNews.az-a politoloq Mübariz Əhmədoğlu verib.

M.Əhmədoğlunun sözlərinə görə, İran dəqiq bilir ki, Ermənistanın ərazisi ilə bağlı son rəqəm Ermənistanın təqdim etdiyi “sülh mətni”nə salınmayıb:

"Çünki sənədlər hazırlanarkən yalnız məntiq və savad işləyir. N.Paşinyan üçüncü dəfə də Ermənistanın ərazisini dəyişə bilər. Buna da uyğun ərazi, sərhəd bütünlüyü anlayışı dəyişə bilər. İranın ərazi bütövlüyünün müəyyən olunmasının zəruriliyini, İranın sərhədlərinin müəyyən olunmaması ilə bağlı Aİ-nin və ona daxil olan strukturların, ABŞ Dövlət Departamentinin, Rusiyanın bir neçə dəfə mövqeyi var: Ermənistanın sərhədi müəyyən deyil. İranın da Ermənistan üzrə ən çox istinad etdiyi mövqe Ermənistanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığıdır. Bu isə yoxdur. İran isə dediyindən dönmür".

Politoloq qeyd edib ki, İranın bütövlükdə Xarici İşlər Nazirliyi ya savadsızdır. (bir neçə nəsil XİN və nazirindən söhbət gedir), ya da dəhşətli dərəcədə ermənipərəstdirlər. Hətta Ermənistan öz ərazi bütövlüyünü sual altına alır, İran isə Ermənistanın ərazi bütövlüyünü dəstəkləyir. İranın Küveyt, Birləşmiş Ərəb Əmirlikləri ilə mübahisəli əraziləri var. Ermənistan Küveyt, BƏƏ ilə imzaladığı müqavilədə bu iki dövlətin hər ikisinin ərazi bütövlüyünü onların dediyi qaydada tanıyır. İranın mübahisəli hesab etdiyi əraziləri Ermənistan həmin dövlətlərin ərazisi kimi tanıyır.

İran anti-Azərbaycan dövlətdir. Hətta göydə uçan quş da Azərbaycana daş atırsa, İranda buna sevinirrlər. Faydası odur ki, ola bilər “Ginnesin Rekordlar Kitabı”na düşsün".


Xəbər 2086 dəfə oxunub.



16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +