Deputatı ömürlük həbs cəzası gözləyir
Əli Xameneinin şəklini yandırdı, başından güllələndi
Bloger yerli sakinlərin etirazı ilə qarşılandı - Səbəb?
Kürəkənə 10 il iş verildi
Almaniya lazer silahını sınaqdan keçirib -FOTO
İcra başçısı həbs edilmiş müavini ilə Lənkəranda da birgə işləyib...
Daha bir məktəbdə monitorinq keçirilib
Prezident Göyçə gölündən danışdı
Xəzər” adında dəniz yoxdur, amma...-Məhəmmədi
Hərbi parad təşkil ediləcək - Prezident


31.10.2018  18:25 

Prezident təqaüdçülərinin sayı artacaq





A+  A-

2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin ödənilməsi xərcləri Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi üzrə nəzərdə tutulmuş təqaüdlər və sosial müavinətlər üzrə xərclərin 113283,4 min manatını və ya 17,9 faizini təşkil edəcək. Bu təyinat 2017-ci ilin icrası ilə müqayisədə 21362,7 min manat və ya 23,2 faiz, 2018-ci ilin gözlənilən icrasına nəzərən 14775 min manat və ya 15 faiz çoxdur.
XəzərNews.az-ın məlumatına görə, bu barədə "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd edilib.

Sənəddə göstərilib ki, bu xərclər in sayı 01.01.2017-ci ildə 57822 nəfər, 2018-ci ilin əvvəlinə 60021 nəfər (illik artım 3,8 faiz), 01.07.2018-ci il tarixə isə 62514 nəfər ( yarımillik artım 4,2 faiz) olub.

Növbəti ildə isə 67118 nəfər olacağı proqnozlaşdırılıb. Xərclərdə nəzərdə tutulmuş artımın kontingentin sayında gözlənilən artıma və ya 2018-ci ilin mart ayından təqaüdlərin məbləğinin 10 faiz artımına uyğun olduğunu qeyd etmək olar.

Bununla belə, I qrup əlillərin sayında müşahidə edilən artım tendensiyası əlilliyin təyinatına inzibati nəzarətin gücləndirilməsinə ehtiyac olduğunu deməyə əsas verir. Belə ki, qeyd olunan kontingentin sayı 01.01.2017-ci il tarixə 20885 nəfər, 01.01.2018-ci il tarixə 22573 nəfər (illik artım 8,1 faiz), 01.07.2018-ci il tarixə isə 24618 nəfər (yarımillik artım 9,1 faiz) təşkil edib.

Xəbər 3053 dəfə oxunub.




03.11.2025  15:25 

Kürəkənə 10 il iş verildi

03.11.2025  14:44 

“Şəbnəmdən zəhləm gedir”

01.11.2025  18:58 

Sabiq nazir həbs olundu


BÜTÜN XƏBƏRLƏR +