Deputatı ömürlük həbs cəzası gözləyir
Əli Xameneinin şəklini yandırdı, başından güllələndi
Bloger yerli sakinlərin etirazı ilə qarşılandı - Səbəb?
Kürəkənə 10 il iş verildi
Almaniya lazer silahını sınaqdan keçirib -FOTO
İcra başçısı həbs edilmiş müavini ilə Lənkəranda da birgə işləyib...
Daha bir məktəbdə monitorinq keçirilib
Prezident Göyçə gölündən danışdı
Xəzər” adında dəniz yoxdur, amma...-Məhəmmədi
Hərbi parad təşkil ediləcək - Prezident


03.07.2018  15:02 

İşıqların sönməsilə bağlı daha iki mobil operator da açıqlama verdi





A+  A-

Dünən elektrik enerjisinin təchizatında yaranmış problem ilə əlaqədar olaraq ölkənin bir neçə bölgəsində yerləşən mobil baza stansiyaların elektrik təchizatında yaranmış fasilələrlə bağlı Bakcell və Azercell mobil operatorları açıqlama verib.
XəzərNews.az həmin açıqlamanı təqdim edir:

“Azercell Telekom”MMC-dən açıqlama

3 İyul 2018-ci il tarixində, gecə saat 00:20 radələrində ölkə üzrə elektrik enerjisinin təminatında yaranmış kəsinti ilə əlaqədar respublikanın əksər bölgələrində “Azercell Telekom”MMC-yə aid stansiyaların enerji təminatında və müvafiq olaraq rabitə xidmətlərində yaranmış müvəqqəti çətinliklərin aradan qaldırılması üçün şirkət gücləndirilmiş iş rejimində çalışıb. Qeyd edək ki, müstəqil generatorlar vasitəsilə şirkətin əsas ofisləri, Telefon Mərkəzi və Məlimat Mərkəzinin, eləcədə bir sıra saytların kəsintisiz fəaliyyəti dərhal bərpa edilmiş, digər saytların bərpası üçün isə yeni daşınan generatorlar yerlərə göndərilmişdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, hal-hazırda kəskin isti hava şəraitinə baxmayaraq, Azercell abunəçilərinin bütün ölkə boyu keyfiyyətli mobil rabitə xidmətləri ilə təmin edilməsinə dair zəruri tədbirlərin görülməsi davam etdirilir.

Bakcell şirkətindən açıqlama

Bakcell şirkəti bildirir ki, dayanıqlı mobil rabitə xidmətlərin bərpa edilməsi istiqamətində bir sıra tədbirlər görülüb və xidmətlərin kəsintisiz göstərilməsi təmin edilib. Buna baxmayaraq, ölkə ərazisində elektrik enerjisinin verilməsi tam bərpa olunana kimi mobil rabitə xidmətlərinin göstərilməsində fasilələr yarana bilər. Bakcell bundan sonra baş verə biləcək rabitə kəsintilərin tez bir zamanda aradan qaldırılması üçün bütün lazımi tədbirlər görəcək.

Xəbər 3065 dəfə oxunub.




03.11.2025  15:25 

Kürəkənə 10 il iş verildi

03.11.2025  14:44 

“Şəbnəmdən zəhləm gedir”

01.11.2025  18:58 

Sabiq nazir həbs olundu


BÜTÜN XƏBƏRLƏR +