“Azərsu“nun dövlətə külli miqdarda vergi borcu yarandı
Ərəb turistlər Şəhidlər Xiyabanını ziyarət etdi
Müəllim sinifdə məktəbli qızla porno filmlər çəkib
200 balı keçən hər bir abituriyent tələbə olacaq - EKSPERT
Hacıyev Qərbə 45 milyon dollara məxfi məlumat satıb
Rusiya Macarıstana xam neft nəqlini bərpa edib
“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər
Yanğın törədən şəxs saxlanıldı
15 yaşlı yeniyetmə 10 manata görə öldürülüb
Hansı ölkələr Ukraynada öz qoşunlarını yerləşdirə bilər?


27.06.2019  10:34 

Füzulinin icra başçısı növbəti səyyar qəbul keçirib





A+  A-

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar qəbul-görüşü 4 saylı Zobucuq qəsəbəsində keçirilib.
Füzuli RİH-dən XəzərNews.az-a verilən məlumata görə, səyyar qəbulda rayonun idarə, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri iştirak edib.

Alı Alıyev bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütəmadi keçirildiyini bildirib.

O deyib ki, qəsəbədə hal-hazırda 1645 nəfər yaşayır. Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edirlər: “Qəsəbə sakinlərindən məcburi köçkün statusu olan 1645 nəfərə hər ay 98700 manat vahid aylıq müavinət ödənilir, 30 ailəyə ünvanlı sosial yardım təyin edilib, 2 ailə isə özünüməşğulluq proqramına cəlb olunub. 4 saylı Zobucuq qəsəbəsində 15 şəhid ailəsi, 8 Qarabağ müharibəsi əlili vardır. Qəsəbə sakinlərindən 398 nəfərə müxtəlif növ pensiya və müavinət verilir. Qəsəbə sakinlərindən 260 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər”.

Qeyd edək ki, qəsəbədə torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub.

Xatırladaq ki, səyyar qəbulda rayonun ayrı-ayrı sahələrə dair qəsəbə sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.

Səyyar qəbul zamanı çıxış edən qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.




Xəbər 2994 dəfə oxunub.




20.08.2025  12:33 

Xalq artisti qızını polisə verdi

19.08.2025  16:15 

Onlar “Teleqraf“dan getdilər


BÜTÜN XƏBƏRLƏR +