Tiktoker və blogerlər qumara görə saxlanıldı - Video
Ruslara Şengen vizası qadağası gəlir
“Binə”də sahibkarlar narazılıq edir - Səbəb?
Tramp “Tramp marşrutu”ndan danışdı
Təşkilat rəhbəri 10 nəfərə qarşı dələduzluq edib?
Kiyev məhkəməsi rus hərbçiyə bəraət verib
YUNESKO yeni rəhbər seçdi
Futbolda mərc əməliyyatı: saxlanılanlar var
Xanımı Vahid Əliyevin vəfat səbəbini açıqladı: “Sözə baxmadı“
Rusiya ordusuna qoşulan lənkəranlı - Ukraynaya əsir düşdü


06.11.2025  13:49 

Gəlin, Gəncə şəhərinə sahib çıxaq! - Deputatdan ÇAĞIRIŞ





A+  A-

“Regionlarda, xüsusilə də Gəncə şəhərində yeni iş yerlərinin yaradılmasına böyük ehtiyac var. Əvvəllər daha çox kəndlərdən şəhərlərə axın müşahidə olunurdusa, bu gün, təəssüf ki, iri şəhərlərimizdən də Bakıya axın tendensiyası müşahidə edilir. Bu problemin qarşısını almaq üçün Gəncə kimi böyük şəhərlərdə yeni iş yerlərinin yaradılması vacibdir. Daha pisi isə odur ki, mövcud iş yerlərinin qorunması üçün də dövlət dəstəyinə ciddi ehtiyac var. Bunun qarşısını almaq üçün Gəncə kimi böyük şəhərlərdə iş yerlərinin yaradılması vacibdir. Hətta mövcud iş yerlərinin qorunması üçün belə dövlət dəstəyinə ehtiyac var. Xahiş edirəm, bu məsələni də nəzərə alın — gəlin Gəncə şəhərinə sahib çıxaq”, - deyə o fikrini tamamlayıb.”.

XəzərNews.az Modern.az-a istinadla xəbər verir ki, bu fikirləri deputat Naqif Həmzəyev bir neçə komitənin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

“Bir vacib məsələ də ondan ibarətdir ki, son dövrlərdə uşaqlar arasında miopiya, yəni yaxından görmə problemi sürətlə yayılır. Təəssüf ki, valideynlər çox zaman bunu gec bilirlər və bildikdən sonra da, bu da uzunmüddətli müalicəyə və nəzarətə ehtiyac yaradır. Xüsusilə də eynəklə təminat məsələsi önəmlidir. Seçicilərimiz tez-tez müraciət edirlər ki, uşaqlarına eynək almaqda çətinlik çəkirlər. Bəzən bir uşaq illərlə eyni eynəklə məktəbə gedib-gəlir. Bu baxımdan təklif edirəm ki, dövlət hesabına uşaqların heç olmasa ildə bir dəfə eynəklə təmin olunması nəzərdən keçirilsin. Çünki biz bu problemi uşaq yaşında həll etməsək, gələcəkdə sosial müavinətlərlə dövlət onsuz da bu yükün altına girəcək. Halbuki, biz vaxtında müdaxilə etsək, uşaqların görmə qabiliyyətini qoruyub saxlaya bilərik”.

Deputat qeyd edib ki, sahibsiz heyvanlarla bağlı problem hələ də köklü şəkildə həll olunmayıb. Bakı şəhərində bu sahədə ciddi işlər görülür, dövlət tərəfindən vəsait ayrılıb, lakin digər şəhər və rayonlarımızda bu infrastruktur, sığınacaqlar yoxdur.

“Sahibsiz heyvanlar üçün sığınacaqların tikilməsi və Bakı təcrübəsinin digər bölgələrə, xüsusən Gəncə şəhərinə də tətbiqi üçün vəsait ayrılsın. Gəncədə Aqrar Universitetin baytarlıq klinikası var, düşünürəm ki, bu bazada bu işi təşkil etmək mümkündür”.

“Vətəndaşlar tərəfindən tez-tez bizə ünvanlanan bu sualla bağlı cavab verə bilmədiyim üçün, hörmətli nazirlərin burda olmasından istifadə edib bu məsələni gündəmə gətirmək istəyirəm. Strateji qida məhsullarına, xüsusilə də una, buğdaya və bəzi əsas məhsullara dövlət tərəfindən qiymət nəzarəti tətbiq olunur. Amma bəzi digər məhsullarda qiymət artımı nəzarətsiz qalır. Məsələn, kərə yağı – bir zamanlar 5 manata alınan məhsul bu gün 15-17 manat, 18 manatlıq məhsul isə 28 manata qədər bahalaşıb. Maraqlıdır ki, qonşu rayonlarda bu qiymət fərqləri daha azdır. Ola bilərmi ki, bu sahədə fəaliyyət göstərən şirkətlərə nəzarət artırılsın?” – deyə deputat nazirlərə sual ünvanlayıb.

Xəbər 170 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı

06.11.2025  17:38 

Əməkdar artist vəfat etdi

06.11.2025  17:35 

Neft emalı zavodunda yanğın

06.11.2025  16:18 

Prezident üç fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +