Baş nazirin evində yanğın baş verib
Bu ərazilərdə yaşayanlara XƏBƏRDARLIQ: Sabah...
Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
Pensiya alanlara YENİ XƏBƏR: Öz pensiyanızdan imtina edib...
“Son zəng“ə görə pul tələb etdi, məktəbdən qovuldu -VİDEO
Yaşar Gülər Azərbaycana səfər edəcək
PKK-a silahı yerə qoydu: Siyasi və ideoloji mübarizə isə...
“Qarabağ“ bir ildə 21 milyona yaxın pul xərcləyib
İcra başçısı özü haqqında sənədli film çəkdirib?
Putin günün sonuna qədər... - Vaxt daralır


28.10.2023  11:15 

Azərbaycandan köçən ermənilərdən fərqli olaraq qovulublar -Elçin Mirzəbəyli





A+  A-

“Bu gün reinteqrasiya prosesindən söhbət gedirsə, bu proses, əslində, qarşılıqlı olmalıdır. Çünki insan hüquq və azadlıqları ilə bağlı məsələlər kompleks anlayışlardır və bunlar birtərəfli qaydada tətbiq oluna bilməz”.

Xəzərnews.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O, Ermənistanla yekun sülh müqaviləsinin imzalanması və Qərbi azərbaycanlının dədə-baba torpaqlarına köçürülməsi ehtimalından söz açıb:

“Qərbi azərbaycanlılar indiki Ermənistan ərazisindəki yaşadıqları yerlərdən Azərbaycandan köçən ermənilərdən fərqli olaraq qovulublar. Şübhəsiz, ermənilərin Qarabağ iqtisadi rayonuna qayıtması təqdirində, vaxtilə Ermənistan ərazisində kompakt şəkildə yaşamış azərbaycanlıların da öz evlərinə qayıtması zəruridir. Ümumən bu rəqəmin təxminən 300 min nəfər olduğu bildirilir. Lakin bu barədə konkret statistika mənə bəlli deyil. Amma bütün hallarda bu şəxslərin sayının 300 mindən az olduğunu düşünmürəm”.

E. Mirzəbəyli əlavə edib ki, son antiterror əməliyyatından sonra Azərbaycan ərazilərini tərk edən ermənilərin əhəmiyyətli hissəsi Qarabağda doğulmayan, xaricdən köçüb bölgədə məskunlaşan şəxslərdir:

“Lakin ermənilərə müqayisədə öz evlərindən qovulan azərbaycanlıların sayı kifayət qədər çoxdur. Əgər ermənilər Azərbaycan ərazilərinə – Qarabağ iqtisadi rayonuna qayıdacaqlarsa, azərbaycanlılar da öz evlərinə qayıtmalıdır və məsələ heç bir halda birtərəfli qaydada öz həllini tapa bilməz”.

Siyasi şərhçinin sözlərinə görə, söhbət vaxtilə Bakı və digər ərazilərdə yaşayan ermənilərdən gedəcəksə, artıq belə bir perspektiv yoxdur:

“Çünki Bakı, Sumqayıt və digər ərazilərdə yaşayan ermənilərin mütləq çoxluğu öz evlərini sataraq, yaxud dəyişərək köçüb. Yəni onlar Bakıya qayıtmaq məsələlərini qabardırlarsa, o zaman İrəvanın özündə də kifayət qədər azərbaycanlı yaşayıb. Deməli, Bakıda İrəvan Teatrından tutmuş hər bir şey orada bərpa olunmalıdır, lakin yaxın mərhələdə bu inandırıcı görünmür.

Qısası, uzaq perspektivdə bunun müzakirəsi mümkündür, amma indiki şəraitdə, konkret zaman kəsiyində reallaşması inandırıcı deyil”./Yenisabah

Xəbər 1924 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir

12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +