Baş nazirin evində yanğın baş verib
Bu ərazilərdə yaşayanlara XƏBƏRDARLIQ: Sabah...
Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
Pensiya alanlara YENİ XƏBƏR: Öz pensiyanızdan imtina edib...
“Son zəng“ə görə pul tələb etdi, məktəbdən qovuldu -VİDEO
Yaşar Gülər Azərbaycana səfər edəcək
PKK-a silahı yerə qoydu: Siyasi və ideoloji mübarizə isə...
“Qarabağ“ bir ildə 21 milyona yaxın pul xərcləyib
İcra başçısı özü haqqında sənədli film çəkdirib?
Putin günün sonuna qədər... - Vaxt daralır


08.11.2018  12:16 

Sabiq nazir Ukrayndakı səfirdən danışdı: “Azər Xudiyevin geri çağırılıb-çağrılmayacağı...”





A+  A-

“Burada əsas məsələ Xarici İşlər Nazirliyinin indi araşdırmalara başlamasıdır. Görünür, bundan öncə mənimsəmə faktı olmayıb. Demək, səfir özbaşına hansısa nəticələrə gəlib. Orada hansısa nöqsanlar varsa, səfirliklərə aid qurumlar mövcuddur. Onlar qərar çıxarmalı və bunun əsasında səfir bu və ya digər addımlar ata bilər. Azərbaycan səfirliyi üstündə qanunlarımız durur. Ondan irəli gələn addımlar atılır. Əgər yeyinti halları varsa, Azərbaycanın hüquq-mühafizə orqanları bunu araşdırmalıdır”.
XəzərNews.az xəbər verir ki, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a açıqlamasında deyib. Ukraynadakı səfir Azər Xudiyevin sabiq səfir Tələt Əliyev barədə bu ölkənin hüquq-mühafizə orqanlarına şikayət etməsi faktına münasibət bildirən sabiq nazir qeyd edib ki, əgər səfirliyin binasında təmir zamanı yeyintiyə yol verilibsə, bunun üçün Azər Xudiyevin Ukrayna Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə müraciətinə gərək yox idi: “Azərbaycan Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun Xarici Əlaqələr İdarəsi var. Bunların vasitəsilə işlər görülür”.

T.Zülfüqariv vurğulayıb ki, dövlətimizə aid suveren hüquqlar var və bu hüquqlar başqalarına verilməməlidir: “Təəssüflər olsun ki, nazirlikdən gizli şəkildə belə bir addım atılıb. Təlimat yoxdursa, bu çox ciddi bir səhvdir. Tələt Əliyev və Azər Xudiyevin fəaliyyətindəki nöqsanların bu və ya digər şəkildə ictimailəşməsi mümkündür. Xarici İşlər Nazirliyi elə bir qurumdur ki, nöqsanları gərək xidməti imkanlar daxilində araşdırsın və sonra nəticə çıxarsın. Mən hər iki şəxsin yaxşı və ya pis işləmələri barədə nəsə deyə bilmərəm. Bu mənim təbiətimdən də uzaqdır. Bunlar qanunazidd fikirlər də ola bilər. Ciddi yoxlamalardan sonra addımlar atılır. Səfir özbaşına maliyyə yoxlaması keçirə bilməz. Araşdırmalardan sonra Azər Xudiyevin geri çağırılıb-çağrılmayacağı yönündə hər hansı bir fikir söyləyə bilmərəm. Qanuna riayət edərkən bu məsələni qanun çərçivəsində həll etmək lazımdır”.

Xəbər 2489 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir

12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +