“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


15.04.2024  09:25 

Bakıda köhnə avtobusların aqibəti necə olacaq? -VİDEO





A+  A-

Yaxın gələcəkdə Bakıda köhnə avtomobillərin taksi kimi fəaliyyətinə icazə verilməyəcək. Bəs köhnə avtobuslarla bağlı vəziyyət necə olacaq? Tutumu az, oturacaqları sınıq-sökük, kondisioneri yox... Söhbət Bakı, Bakıətrafı kənd və qəsəbələrə işləyən köhnə avtobuslardan gedir.

Belə avtobusların bəziləri istismara məhdud yararlıdır, çoxunun isə artıq istismar müddətini başa vurmaqda olduğu bildirilir. Bu avtobusları idarə edən sürücülər heç özləri də neçənci ilin nəqliyyat vasitəsini idarə etdiklərini bilmirlər.

Paytaxt sakinləri də köhnə avtobusların yeniləri ilə əvəzlənməsini istəyirlər. Bəzi sərnişinlər ümumiyyətlə, belə avtobuslara minmədiklərini deyir.

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev "Xəzər Xəbər"ə qeyd edib ki, marşrut avtobusları ilə bağlı bölgələrdə vəziyyət ümumiyyətlə qaneedici deyil.

Ekspertin sözlərinə görə, taksilərə tətbiq olunan yeni qaydaları avtobuslara da tətbiq etmək lazımdır.//Qaynarinfo

Ətraflı süjetdə:



Xəbər 15474 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +