Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı


15.10.2025  10:38 

Tehranda erməni xristian icmasının şərəfinə yeni metro... - Foto





A+  A-

Tehranda İrandakı erməni xristian icmasının şərəfinə yeni metro stansiyası açılıb.

“Məryəm-i-Müqəddəs” (“Müqəddəs Məryəm” – red.) stansiyası Müqəddəs Sarkis kilsəsindən bir neçə dəqiqəlik piyada məsafədə yerləşir.

Metro stansiyası erməni mədəniyyətinə məxsus eləməntlərlə dizayn edilib, divarlardan birində isə Qriqoryan kilsəsinin təsviri əks etdirilib.

Erməni mediası yazır ki, müasir İran erməni diasporu öz institusional formasında təxminən dörd əsri əhatə edən bir tarixə malikdir. Onun formalaşması həm qədim köç prosesləri, həm də ilk növbədə Səfəvilər dövründəki köçürmələrlə bağlıdır.

Rəsmi məlumatlara görə, hazırda İran İslam Respublikasında 200 minə yaxın erməni yaşayır. Bununla belə, müstəqil hesablamalar göstərir ki, 1979-cu il İslam İnqilabından sonra xüsusilə intensiv olan mühacirət dalğaları səbəbindən ermənilərin bu ölkədə faktiki sayı 100.000 nəfərə yaxın ola bilər.

Saylarının azalmasına baxmayaraq, erməni icması siyasi təmsilçiliyini saxlayır: İran Konstitusiyasına görə, parlamentə ermənilərə iki yer verilir./Bakupost.az

Xəbər 3632 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +