Prezident Tiranaya işgüzar səfərə gedib
“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp


07.04.2022  10:36 

Brüssel görüşü: Azərbaycan istəklərini qəbul etdirir





A+  A-

Prezident İlham Əliyev Brüssel görüşündə Azərbaycanın istəklərini böyük üstünlüklə qəbul etdirə bildi...

Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün ilkin nəticələri bəlli olub. Şarl Mişel 4 saatdan artıq davam etmiş üçtərəfli görüşün nəticələri barədə bəyanat verib. Bəyanat görüşün hansı ovqatda keçdiyi və hansı nəticələrin əldə edildiyi barədə ilkin təəssürat formalaşdırır.

Bəyanatda göstərilir ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başladılması razılaşdırılıb. Artıq hər iki ölkənin Xarici İşlər Nazirliklərinə bununla bağlı təlimat da verilir. Bu, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təkliflər paketinin qəbulu və danışıqların həmin 5 maddəlik prinsiplər üzərində aparılmasını ehtiva edir. Sənəddə vurğulanan əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.

Bəyanatda Azərbaycanın təkliflər paketində əks olunmuş digər tələblərə də yer verilib. O cümlədən, tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması və ilk növbədə sərhədlərin delimitasiya prosesinə başlanılması barədə razılıq əldə olunur.

Delimitasiyanın tərkibi və nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılacaq.

- Aİ-nin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək verməsi təsdiq olunur.

- Nəqliyyat-kommunikasiya xətlərinin açılması də təsdiq olunur, dəmir yolunun, avtomobil yolunun çəkilməsi və iqtisadi məşvərət şurası mexanizminin yaradılması təsdiq olunur.

- Sənəddə Dağlıq Qarabağ ifadəsi və ya keçmişin qalığı olan MQ həmsədrlik institutuna istinad yoxdur.

- Aİ-nin dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranır. Bunun da məqsədi ilk növbədə Azərbaycan -Ermənistan münasibətlərinin normallaşdırılmasıdır.

- Avropa İttifaqı qərəzsiz tərəfdir. Hər iki tərəfin Aİ-yə etimadı vardır. Burada xüsusilə Şarl Mişelin Prezident İlham Əliyevlə şəxsi dialoqu və təmasları mühüm şərtdir.

Müşfiq Ələsgərli

Xəbər 9659 dəfə oxunub.




15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +