Şirkətimin ofisində heç bir axtarış aparılmayıb - iş adamı
“Oleq Bakinski”yə HÖKM OXUNDU
Abşeronda yanğın oldu - Video
Allahverdi Yolçuyevin küçələrdə corab satması... - Açıqlama
Əsirlikdə işgəncələrə məruz qaldım - Məhkəmə
Pirşağı çimərliyində ölüm çuxurlarını kim qazdırır?
Sənəti küçəyə atılan məşhurlar...
Binanın altına vurulan beton yolu SIRADAN ÇIXARDI
Binəqədidə yaşayış binasını birə basdı
Sabah 40 dərəcə isti olacaq


23.11.2023  10:23 

Məşğulluq Xidməti vətəndaşa xəstə heyvanlar verib





A+  A-

Qabil Baxşıyev adlı şəxs Sabirabadın Qasımbəyli kəndində yaşayır.

O, özünüməşğulluq proqramından yararlanmaq üçün 5 ilə yaxın müddət gözləyib. 2018-ci ildən növbədə olan Qabil Baxşiyev nəhayət 15 gün əvvəl 3 baş iribuynuzlu heyvan və 800 kiloqram yem ilə təmin olunub.

Lakin vətəndaş məşğulluq xidməti tərəfindən ona təqdim olunan heyvanların xəstə və yarasız olduğunu bildirir.

Qabil Baxşıyev hazırki heyvanların ona fayda verəcəyini güman etmir.

Vətəndaşın şikayəti ilə bağlı Dövlət Məşğullu Agentliyindən "Xəzər Xəbər”ə bildirilib ki, vətəndaşın ona verilən heyvanlardan narazı olması barədə Məşğulluq filialına hər hansı müraciəti daxil olmayıb.

Qeyd edilir ki, özünüməşğulluq proqramı iştirakçıları aktivləri özləri seçərək götürürlər. Vətəndaşlara aktivlər keyfiyyətindən razı qaldığı halda verilir və aktivləri təhvil-təslim aktını imzalayaraq qəbul edirlər. Vətəndaş təhvil aldığı əmlakda hər hansı bir qüsur aşkar olunduğu halda bu barədə məlumatı, habelə qüsurları təsdiq edən sənədləri ən geci 30 gün ərzində Məşğulluq filialına təqdim etməlidir. Bu materiallar mütəxəssisin iştirakı və rəyi ilə tərtib edilməlidir. Qabil Baxşıyevə də bu prosedur haqqında məlumat verilib. Müraciəti olduğu təqdirdə mütləq şəkildə baxılaraq qanunvericiliyə müvafiq tədbirlər görüləcək.

Xəbər 3071 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.07.2025  18:00 

“Oleq Bakinski”yə HÖKM OXUNDU

25.07.2025  17:08 

Prezident fərman imzaladı

25.07.2025  16:21 

Abşeronda yanğın oldu - Video

25.07.2025  13:08 

Sabah 40 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +