Gürcüstan DİN-nə çağırış edildi
Şad Xəbər: Bu şəxslərə ev veriləcək
Qazaxıstan Rusiyaya hücum edib?
Əhaliyə şad xəbər: Bitdi...
Azərbaycanlı şairin vəziyyəti ağırlaşdı -FOTO
Cüdoçularımız finala vəsiqə qazandı
Sərnişin qatarına hücum etdilər, yaralılar var -VİDEO
Fabrikdə partlayış, ölənlər var
Tanınmış aktyor vəfat etdi -FOTO
İlham Əliyev bu işçilərlə bağlı sərəncam imzaladı


16.12.2021  10:48 

Hökumət “Azəristiliktəchizat”ın 34 milyon manat borcunu öz üzərinə götürdü





A+  A-

“Azəristiliktəchizat” ASC-nin “Azəriqaz”a olan 34 milyon manatdan artıq borcunu Azərbaycan hökuməti öz üzərinə götürüb.

XəzərNews.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib.

O xatırladıb ki, noyabrın 14-də “Azəriqaz” və “Azəristiliktəchizat”ın rəhbərliyi arasında danışıqlar olub: “Çünki bir gün sonra, yəni noyabrın 15-də qış rejiminə keçid olacaqdı. Bu baxımdan vətəndaşların evlərinə istiliyin verilməsi zərurəti yaranmışdı. Danışıqların nəticəsi olaraq, “Azəriqaz” bu quruma yaranmış borcun ödənilməsi üçün bir həftəlik möhlət verdi. Burada söhbət 34 milyon manatdan çox vəsaitdən gedirdi. Amma “Azəristiliktəchizat” bu vəsaitin 14 milyon manatını mübahisəli predmet kimi qiymətləndirirdi və 20 milyon manatın üzərində olan məbləğdən danışırdı. Buna baxmayaraq, “Azəriqaz” quruma bir həftə möhlət verdi”.

E. Vəliyev bidlirib ki, işin gedişində növbəti görüşlər və danışıqlar keçirilirdi: “Qarşı tərəfin xahişi ilə qərara alındı ki, bu möhlət dekabrın 15-nə qədər uzadılsın. Bu gün artıq bu möhlət tamam olur. Təbii ki, bu gün hər kəsi bu möhlətin bitdiyi üçün vətəndaşın aqibəti necə olacağı düşündürür. Hər kəsi qazanxanalara veriləcək mavi yanacağın dayandırılacağı və ya uzadılacağı maraqlandırır”.

O qeyd edib ki, məsələdən hökumət xəbərdar idi: “Hökumət məsələnin ciddiliyini nəzərə alaraq, “Azəristiliktəchizat” ASC-yə 12 milyon manat vəsait ayırdı. Təbii ki, bu “Azəristiliktəchizat”ın “Azəriqaz”a olan borcunun müəyyən hissəsidir və tam hissə deyil. Hökumət vətəndaşları nəzərə alaraq borcun digər hissəsini də öz üzərinə götürür. Hazırda “Azəristiliktəchizat”ın “Azəriqaz”a ödəniləcək 12 milyon manatın sənədləşmə prossesi həyata keçirilir. Qurumun “Azəıriqaz”a olan borcunun qalan hissəsi də hökumətin üzərinə düşəcək”.

E. Vəliyev əlavə edib ki, bununla da iki dövlət qurumu arasında olan borc məsələsi bitmiş hesab olunur.

Xəbər 3280 dəfə oxunub.




04.10.2025  15:47 

Qazaxıstan Rusiyaya hücum edib?

04.10.2025  15:23 

Əhaliyə şad xəbər: Bitdi...

04.10.2025  12:47 

Sabahın havası açıqlandı

04.10.2025  12:07 

Tanınmış aktyor vəfat etdi -FOTO

04.10.2025  11:54 

Prezident fərman imzaladı

04.10.2025  11:02 

Kür çayında bir nəfər batıb

04.10.2025  10:07 

Hava limanı bağlandı

03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +