Partiya sədri: “AYNA rəhbərliyi heç kimi saymır“
Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO
Tokayev Azərbaycana səfər edəcək


21.05.2018  13:49 

Banklar mayın 31-dək gücləndirilmiş rejimdə işləyəcək





A+  A-

Üçüncü dəfə keçirilən Bakı Ticarət Festivalı (“Baku Shopping Festival”) zamanı Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) tövsiyəsi ilə 23 bankın 48-dən çox filial və şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyəti davam etdirir.
Palatadan XəzərNews.az-a verilən məlumata görə, may ayının 31-dək davam edəcək Festival müddətində vətəndaşların və turistlərin valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 7 filial və şöbəsi həftənin bütün günləri 24 saat, digər filial və şöbələr isə şənbə və bazar günləri də daxil olmaqla xidmət göstərir.

Eyni zamanda, Festival ilə əlaqədar müəyyən olunmuş 10 müvəkkil bankın (siyahı PDF-də) müvafiq filial və şöbələri vasitəsilə müştərilərə nağd və nağdsız qaydada əlavə dəyər vergisinin geri ödənişi həyata keçirilir.

Festival çərçivəsində bankların fəaliyyətinə aid yarana biləcək hər hansı sualla bağlı ölkə vətəndaşları və turistlər Palataya müraciət edə bilərlər:

Koordinator: Vüsal Həsənov Email: [email protected]

Tel: (+994) 12 493 50-58 (daxili 429)

Mobil: (+994) 55 294 00-05

Qeyd edək ki, bu günə qədər banklarla bağlı Palataya heç bir şikayət daxil olmayıb. Müraciətlər yalnız əlavə dəyər vergisinin geri alınması ilə bağlı suallardan ibarətdir ki, bu suallar da qaynar xətt vasitəsi ilə dərhal cavablandırılıb.

Xəbər 2946 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +