Gürcüstan DİN-nə çağırış edildi
Şad Xəbər: Bu şəxslərə ev veriləcək
Qazaxıstan Rusiyaya hücum edib?
Əhaliyə şad xəbər: Bitdi...
Azərbaycanlı şairin vəziyyəti ağırlaşdı -FOTO
Cüdoçularımız finala vəsiqə qazandı
Sərnişin qatarına hücum etdilər, yaralılar var -VİDEO
Fabrikdə partlayış, ölənlər var
Tanınmış aktyor vəfat etdi -FOTO
İlham Əliyev bu işçilərlə bağlı sərəncam imzaladı


10.04.2018  20:41 

2015-ci ilin devalvasiya şoku təkrarlana bilərmi?..





A+  A-

ABŞ sanksiyalarının növbəti neqativ təsirləri Rusiya birjalarında müşahidə edilməkdədir.
XəzərNews.az-ın məlumatına görə, bu barədə Modern.az-a danışan iqtisadçı Samir Əliyev bildirib ki, fond birjalarının qırmızıya "boyanması" ilə yanaşı, rubl da digər valyutalara münasibətdə mövqeyini itirməkdə davam edir:

“Artıq bəzi banklar dolları 65 rubldan da baha satmağa başlayıb. Nisbətən oxşar taleni türk lirəsi də yaşayır.

Məlumdur ki, hər iki ölkə qonşu olmaqla yanaşı, Azərbaycanın əsas ticarət tərəfdaşları sayılır. Xüsusən də Rusiya qeyri-neft ixracımızda, daha dəqiq desək, xammala əsaslanan ixracımızda əsas rolu tutur. Hər iki ölkədə milli valyutaların ucuzlaşması haqlı olaraq cəmiyyətdə manatın da ucuzlaşması ilə bağlı narahatlıqları artırıb. Hətta rəsmilərin sakitləşdirici çıxışları da fayda vermir. Çünki beyinlərdə acı 2015-ci il təcrübəsi var”.

İndi hamını bir sual düşündürür: manatı nə gözləyir?

İqtisadçı deyib ki, məhdud informasiyalar fonunda, ölkədə bazar münasibətlərinin işləmədiyi və qərarların sırf siyasi konteksdə verildiyi bir vaxtda bu suala dəqiq cavab vermək asan məsələ deyil:

“Ancaq hökumətin davranışları əsasında müəyyən təxminlər etmək olar. Təxmin ondan ibarətdir ki, hökumət 2015-ci il ssenarisini təkrarlamaq niyyətində deyil. Devalvasiyanın acı nəticələri hələ də aradan qalxmayıb. Elə buna görə də, Mərkəzi Bank üzən məzənnə siyasətinə keçidi elan etməsinə rəğmən, manatı əvvəlki qaydada tənzimləyir.

Manatın qorunması üçün əsas zəmin var: neft 40 dollardan bahadır. Tədiyyə balansının vəziyyəti manatın xeyrinədir. Nə qədər ki, neft indiki səviyyədədir manatı təhlükə gözləmir. İndiki şəraitdə manata neftdən savayı ölkədəki siyasi vəziyyətin gərginləşməsi neqativ təsir göstərə bilər. Qısası, hazırda manatın "buxovu" Mərkəzi Bankın timsalında hökumətin əlindədir. Ola bilsin qeyri-neft ixracını stimullaşdırmaq üçün ucuzlaşdıra da bilər, daxildə sabitliyi qorumaq üçün indiki səviyyədə saxlaya da bilər. Hər bir halda yuxarıda göstərdiyim 2 amildən biri baş verməzsə, manatı yaxın dövrə ciddi təhlükə gözləmir. Rusiyada baş verənlər isə bir müddət sonra sabitləşəcək. Ancaq şimal qonşumuzu qarşıda çətinliklər gözləyir”.

Xəbər 3350 dəfə oxunub.




04.10.2025  15:47 

Qazaxıstan Rusiyaya hücum edib?

04.10.2025  15:23 

Əhaliyə şad xəbər: Bitdi...

04.10.2025  12:47 

Sabahın havası açıqlandı

04.10.2025  12:07 

Tanınmış aktyor vəfat etdi -FOTO

04.10.2025  11:54 

Prezident fərman imzaladı

04.10.2025  11:02 

Kür çayında bir nəfər batıb

04.10.2025  10:07 

Hava limanı bağlandı

03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +