Partiya sədri: “AYNA rəhbərliyi heç kimi saymır“
Antiazərbaycan təbliğatını AKP hökuməti verir?
Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO


01.03.2017  10:28 

“Onları heç nə xilas edə bilməyəcək” - Millət vəkili





A+  A-

“Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində beynəlxalq hüquq normalarına öz havadarlarına arxalanaraq məhəl qoymur”.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib. Millət vəkili bildirib ki, Ermənistan bu günə qədər onlara qarşı heç bir cəza tədbiri, sanksiyalar tətbiq olunmamasından həvəslənir:

"Ermənilər münaqişə dövründə daim azərbaycanlı meyitlər üzərində işgəncələr, vandalizm həyata keçiriblər. Fevralın 25-də də cəbhədə erməni təxribatının qarşısını alarkən şəhid olan hərbçilərimizin meyitlərinin neytral zonadan götürülməsinə onlar mane olmağa cəhd etdilər. Onlar ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinə güvənir, bundan istifadə etməklə belə iyrənc üsullara əl atırlar. Ermənistan bu günə qədər onlara qarşı heç bir cəza tədbiri, sanksiyalar tətbiq olunmamasından həvəslənir. Ümid edirlər ki, bu işğalçı dövləti həmin beynəlxalq təşkilatlar, güc mərkəzləri müdafiə edəcəklər".

E.Məmmədov Ermənistanın son vaxtlar cəbhə xəttində törətdiyi təxribatların səbəbini hakim rejimin öz siyasi nüfuzunu artırmaq cəhdləri ilə izah edib:

"Ermənistanda qarşıdan seçkilər gəlir. Ermənistan hakimiyyəti ifşa olunmuş, nüfuzunu itirmiş qrupa çevrilib. Ermənilər artıq dərk etməyə başlayıblar ki, ölkəni idarə edən bir qrup cinayətkardır. Həmin cinayətkar qrup isə siyasi hakimiyyətinin ömrünü uzatmaq üçün bu cür təxribatlara əl atır. Amma əminəm ki, onları heç nə xilas edə bilməyəcək".

Xəbər 5160 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +