Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO
Tokayev Azərbaycana səfər edəcək
AQTA İrandan gətirilən 2 ton sarıkökü məhv etdi


03.10.2025  11:11 

Ukrayna bu ölkə ilə münasibətləri kəsdi





A+  A-

Mərkəzi Amerika ölkəsi Rusiya tərəfindən ilhaq edilmiş Ukrayna ərazilərini Rusiya Federasiyasının bir hissəsi kimi tanıdıqdan sonra Ukrayna Nikaraqua ilə diplomatik münasibətləri kəsib.

XəzərNews.az xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyi oktyabrın 2-də bəyan edib ki, Nikaraquanın müvəqqəti işğal edilmiş Krım, Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətlərinin bir hissəsini Rusiya ərazisi kimi tanımaq qərarı Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozmaq cəhdi, beynəlxalq nizamnamə və BMT-nin kobud normaları hesab olunur.

“Ukrayna ərazisinin bir hissəsinin zorla ələ keçirilməsini qanuniləşdirmək cəhdi Nikaraquanın marionet rejiminin birbaşa maliyyə və siyasi cəhətdən Moskvadan asılı olduğunu təsdiqləyir. Ukrayna bu cür qeyri-dost hərəkətlərə cavab olaraq Nikaraqua ilə diplomatik münasibətləri kəsir”.

Xarici işlər naziri Andriy Sibiqa dövlətçiliyə heç bir müdaxiləyə yol verməyəcəklərini, müstəqilliyin, təhlükəsizliyin, sərhədlərin toxunulmazlığının qorunması üçün bütün lazımi tədbirləri görəcəklərini bildirib.

Qeyd edək ki, Nikaraqua hökumətinin siyasətini dəstəkləyən nəşr kimi tanınan “El 19 Digital” 2025-ci ilin iyul ayının sonunda ölkə prezidenti Daniel Orteqanın Rusiya Prezidenti Vladimir Putinə məktubunu dərc edib. Orteqa Putinə yazdığı məktubda qeyd edib ki, Nikaraqua Donetsk, Luqansk, Xerson və Zaporojye bölgələrini Rusiyanın ayrılmaz hissəsi kimi tanıyır.

Xəbər 1042 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +