Ukrayna ordusu bir neçə yaşayış məntəqəsini azad edib
Partiya sədri: “AYNA rəhbərliyi heç kimi saymır“
Antiazərbaycan təbliğatını AKP hökuməti verir?
Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq


12.05.2025  12:14 

Azərbaycanla Beynəlxalq Xizək və Snoubord Federasiyası arasında tərəfdaşlıq müqaviləsi imzalanıb





A+  A-

Beynəlxalq xizək yarışlarının “Şahdağ” Turizm Mərkəzində təşkili istiqamətində birgə əməkdaşlıq nəzərdə tutulur.


Xezernews.az xəbər verir ki, Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi arasında qış turizmi və qış idman növləri üzrə potensialın inkişaf etdirilməsi və Azərbaycanın qış idman növləri üzrə nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etməsi üzrə tərəfdaşlıq haqqında müqavilə imzalanıb.

Müqavilədə qış turizmi sahəsində mövcud infrastrukturunun artırılması və təkmilləşdirilməsi, ölkəmizin xarici turistlər üçün qış turizmi üzrə cəlbedici məkana çevrilməsi, eləcə də beynəlxalq xizək yarışlarının “Şahdağ” Turizm Mərkəzində təşkili istiqamətində birgə əməkdaşlıq nəzərdə tutulur.



Beynəlxalq əməkdaşlıq çərçivəsində əsas məqsədlərdən biri Azərbaycanı qış idman növləri üzrə dünya səviyyəli peşəkar yarışların keçirildiyi destinasiya kimi tanıtmaq, həmçinin ölkəmizin turizm brendi və məhsullarının beynəlxalq arenada genişmiqyaslı marketinq və tanıtım kampaniyasının aparılmasını təmin etməkdir.

Müqaviləyə əsasən Beynəlxalq Xizək və Snoubord Federasiyası tərəfindən təşkil olunan qlobal yarışlarda (dünya kubokları və çempionatlarda) Azərbaycan təşkilatın “Qlobal Destinasiya Tərəfdaşı” kimi çıxış edəcək.

Qeyd edək ki, növbəti qış mövsümündən başlayaraq “Şahdağ” Turizm Mərkəzində Beynəlxalq Xizək və Snoubord Federasiyasının dünya miqyaslı yarışlarının təşkili planlaşdırılır.

Xəbər 2872 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +