Partiya sədri: “AYNA rəhbərliyi heç kimi saymır“
Antiazərbaycan təbliğatını AKP hökuməti verir?
Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO


08.05.2025  16:51 

Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini





A+  A-

“Azəriqaz” İstehsalat Birliyi baş direktorunun birinci müavini Nail Abdullayev “Kommunal infrastrukturun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən forumdakı çıxışında təmsil etdiyi qurumun hazırda ölkə üzrə 11 regional idarə ilə fəaliyyət göstərdiyini, onun illik qaz qəbul və satış həcmini 8,4 milyard kubmetrə çatdırdığını bildirib. Bununla belə hələ də təbii qazla təmin olunmayan yaşayış yerləri də var.

XəzərNews.az xəbər verir ki, Lerik İcra Hakimiyyəti başçısının müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov Modern.az-a açıqlamasında bildirib ki, Lerikə ilk dəfə qaz xətti Prezident İlham Əliyevin əmri ilə 2006-cı il oktyabrın 23-də çəkilib. Hazırda rayonun 162 yaşayış məntəqəsindən cəmi 61-i qazlaşdırılıb:

“Geri qalan 101 məntəqə isə qazlaşdırılmayıb. Dəfələrlə "Azəriqaz" İB-yə müraciət etsək də, bizə cari ildə və qarşıdakı bir neçə ildə qazlaşdırma prosesinin aparılmayacağı bildirilib. Bu da əhalini narahat edir".

“Hətta qaz xətti üzərində yerləşən, cəmi bir neçə metr aralıda yerləşən yaşayış məntəqələri belə qazlaşdırılmır. Bu da əhalinin haqlı narazılığına səbəb olur”, - H.Məlikov bildirib.

Xəbər 3685 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +