Görəsən hökumət nə düşünür? - İqtisadçı
Hava şəraiti ilə bağlı... - Sürücülərə xəbərdarlıq
Sabiq nazir həbs olundu
Ramiz Mehdiyevin “qara kassası“ üzə çıxdı - Ağır ittihamlar -FOTO
Müharibə hələ bitməyib, düşmən evimizi dağıtmağa gəlib -Nikzad
Sahibə Qafarova Misirə səfər edib -FOTO
Rövşən İsgəndərov azadlığa buraxılıb
TikTok“da vətəndaşların pulunu ələ keçirən saxlanılıb
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı
Direktor barəsində şikayəti qızı verib... - 100 minlik...


06.02.2022  16:20 

Bahəddin Həziyev Mətbuat Şurasından istefa verib





A+  A-

"Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev Mətbuat Şurasından istefa verib.

XəzərNews.az xəbər verir ki, bu barədə B.Həziyev Şuranın sədri Əflatun Amaşova ünvanladığı müraciətində bildirib.

Mətni olduğu kimi təqdim edirik:

"Azərbaycan Mətbuat Şurasının sədri, cənab Əflatun Amaşova 2018-ci il martın 10-da Azərbaycan Jurnalistlərinin VII qurultayında gözləmədiyim halda Mətbuat Şurasının İdarə Heyətinə üzv seçildim. "Gözləmədiyim halda" ifadəsini ona görə işlədirəm ki, ərkim çatan redaksiyalara mənim namizədliyimi irəli sürməməyi xahiş etmişdim. Ancaq buna baxmayaraq, namizədliyimi vermişdilər. O zamandan keçən dörd ilə yaxın müddətin yarısı pandemiya dövrünə düşdü. Normal vaxtlarda isə medianın, jurnalistlərin hüquqlarını və qanuni mənafelərini qorumaq üçün əlimdən gələni etmişəm. Daha çox iş görə bilərdim. Obyektiv və subyektiv səbəblərdən buna imkanım olmadı.

Ancaq qərara gəlmişəm ki, Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyündən istefa verəm. Buna səbəb fevralın 4-də Milli Məclisin deputatı Cavanşir Feyziyevin feysbuk sosial şəbəkə platformasındakı özünə məxsus səhifəsində Azərbaycan jurnalistlərinin, o cümlədən, mənim haqqımda böhtan və təhqir dolu status paylaşması, mən də daxil olmaqla xeyli sayda jurnalisti təhqir etməsi və bir sıra ağır cinayətlərdə ittiham etməsi olub. Eyni zamanda Cavanşir Feyziyev də Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. Belə bir adamla eyni qurumda təmsil olunmaq istəmirəm. Buna görə də Azərbaycan Mətbuat Şurasın İdarə Heyətində fəaliyyətimi dayandıraraq üzvlükdən çıxdığımı bəyan edirəm.
Fəaliyyətim dövründə Azərbaycan mediasının müdafiəsi və inkişafı üçün edə bilmədiklərimə görə jurnalist həmkarlarımdan üzr istəyirəm. Mətbuat Şurasında təmsil olunan həmkarlarıma isə uğurlar arzulayıram!

Hörmətlə;
Bahəddin Həziyev
05 fevral 2022-ci il


Həftənin birinci günü bu ərizə Mətbuat Şurasına göndəriləcək. Ancaq mən eyni zamanda Cavanşir Feyziyevin Mətbuat Şurası İdarə Heyətində qalıb-qalmaması məsələsi müzakirəyə çıxarılmalıdır".

Xəbər 3511 dəfə oxunub.




01.11.2025  18:58 

Sabiq nazir həbs olundu

31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi


BÜTÜN XƏBƏRLƏR +