Mehdiyevin Hacıbəyliyə hədiyyələri üzə çıxdı - Fotofakt
Prezident sərəncam imzaladı
Ukrayna ordusu Orel və Vladimir şəhərlərinə zərbə endirib -FOTO/VİDEO
Saxta sənədlə Azərbaycana gəldi, hava limanında saxlanıldı
Sabiq deputatın oğlu Ədliyyə Nazirliyinə müraciət etdi -FOTO
Zəfər paradına hazırlıq işlərindən görüntülər -FOTO
Xəzər dənizində zəlzələ olub
Azərbaycanlı avtoritet polisə atəş açdı
Generalın lüks maşınları necə əlindən çıxdı?
Vəkil Elkin Kərimli “Həmdəm” hoteldə ölü tapıldı


26.02.2025  17:48 

Suriya ələviləri muxtariyyət elan ediblər





A+  A-

“Kürdüstanın Səsi” Teleqram kanalının iddiasına görə, Suriya ələviləri (türkmən, kürdlər, ərəblərdən ibarətdir) ölkənin qərbindəki Uqarit bölgəsində muxtariyyətlərini elan ediblər. Uqarit bölgəsinin sayt, səhifə və qruplarında da bununla bağlı bəyanat paylaşılıb. Suriya hökuməti isə məsələyə münasibət bildirməyib.

Qeyd olunan məsələ hələlik iddiadır, lakin arxası boş, dayaqsız deyil. Ümumiyyətlə, Birinci Dünya müharibəsindən sonra Suriya Fransa mandatına keçdi. Lakin Paris ilk vaxtlar ərazini vahid Suriya kimi deyil, “parçala, hökmranlıq et” yanaşması ilə 5 hissəyə (Hələb, Dəməşq, Ələvi, Druzi və Böyük Livan) bölərək idarə edirdi. Daha sonra Hələb və Dəməşq birləşib fransızlara üsyan qaldırsa da, durzilər, ələvilər prosesə qoşulmadı.

Suriyada 1920-36-cı illəridə bir Ələvi dövləti mövcud olub. Tam müstəqil olmasa da, uzun müddət Suriyadan ayrı varlığını davam etdirib. Fransızlar bu yolla regionda güclü bir Suriyanın olmasının qarşısını almaq istəyiblər. Fransızların planı işləsəydi, bu gün regionda Livan kimi Druzi və Ələvi dövlətləri də ola bilərdi.

Uqarit bölgəsi məsələsinə gəldikdə isə ələvilərin gec-tez Suriyada muxtariyyət, hətta müstəqillik arzusu ilə çıxış etməsi gözlənilirdi. Suriyada hakimiyyət dəyişikliyi fonunda ölkədəki ələvilər ciddi narahatlıq içindədir. Belə ki, ələvilər Əsəd ailəsinin ən sadiq tərəfdarları idi. Rejimin devrilməsi və Suriyanın yeni lideri Əhməd əş-Şaranın (əl-Colani) radikal keçmişi burada ələvilərin narahatlığına, hətta onlara qarşı soyqırımı olacağı fikrinə qapılmalarına gətirib çıxarıb. Əş-Şara yeni konstitusiyada etnik və dini azlıqların hüquqlarının tanınacağını desə də, ələvilər inamsızlıq nümayiş etdirir.

Uqarit bölgəsi məsələsi həm də regional və geosiyasi aspektdən diqqət çəkir. Məsələ ondadır ki, ələvilərin muxtariyyət elan etdiyi Uqarit bölgəsi Suriyanın Latakiya və Tartus vilayətlərini əhatə edir. Bu vilayətlər strateji baxımdan çox mühümdür. Çünki bu ərazilər Suriyanın Aralıq dənizinə çıxışını təmin edir. Yəni Uqarit bölgəsinin muxtar olması Suriyanın Aralıq dənizinə çıxışını bloklaya bilər. Digər tərəfdən, Türkiyə ilə Suriya arasında imzalanması ehtimal olan dəniz sərhədləri sazişinə də mane olar.

Uqarit məsələsi hələlik iddiadan ibarət olsa da, Suriyanın başına bəla ola biləcək təhdiddir:

Birincisi, ələvilər çox rahat şəkildə Fransadan dəstək ala bilərlər. Onsuz da bu layihənin tarixi müəllifi fransızlardır.

İkincisi, ötən gecədən Suriyanın cənubunda hərbi əməliyyatlara başlayan, bu ölkəni zəiflətmək üçün kürdlər və druzilərə dəstək verən İsrail də məmnuniyyətlə ələvilərə yardım əlini uzadar.

Üçüncüsü, ABŞ Yaxın Şərq məsələsində İsraillə ortaq mövqedə dayandığı üçün Ələvi dövləti layihəsinə dəstək verə bilər.

Təbii ki, son olaraq Türkiyə faktoru var. Ankara Suriyanın ərazi bütövlüyünə hörmət edir. Proses ciddiləşəcəyi, Suriyanın nəzarətindən çıxacağı təqdirdə türk ordusu əraziyə müdaxilə edib, ilhaq edə bilər. Hatayda olduğu kimi… Təbii ki, situasiya fərqlidir, amma Ankaranın məsələyə Hatay kimi baxması mümkündür.

Turan Rzayev
Politoloq


Xəbər 2358 dəfə oxunub.




05.11.2025  13:27 

Prezident sərəncam imzaladı

05.11.2025  11:40 

Xəzər dənizində zəlzələ olub

04.11.2025  11:29 

AzTV-də üzə çıxan nöqsanlar...

04.11.2025  11:05 

Elşən Məhərrəmov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +